Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ərdoğan Almaniyanı namibiyalıların soyqırımında günahlandırdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1915-ci ildə törədildiyi iddia olunan qondarma “erməni soyqırımı”nın tanınmasına görə, yenidən Almaniyanın ünvanına tənqid atəşi ilə çıxış edib.

“Daily Sabah” xəbər verir ki, Səbahəttin Zaim adına universitetdə çıxış edən Türkiyə prezidenti Almaniyaya səslənib:

“Ey Almaniya! Bir daha təkrar edirəm — siz 100 mindən çox namibiyalının qırğını barədə hesabat verməlisiniz”.

Ərdoğan, həmçinin yenidən Holokostu xatırladaraq əlavə edib ki, AFR ermənilərin “soyqırımı” haqqında danışa biləcək sonuncu dövlətdir.

“Bizim tariximiz kütləvi qırğınlar tarixi deyil, bizim tariximiz şəfqət və mərhəmət tarixidir və biz Almaniyadan bununla fərqlənirik”, — deyə dövlət başçısı bildirib.

Namibiya soyqırımı – 1904-1907-ci illərdə Kayzer Almaniyasının müstəmləkə qoşunları tərəfindən Almaniya Cənub-Qərbi Afrikasında xalq üsyanının amansızcasına yatırılması zamanı Herero (Bantu) və Nama (Qottentotlar) tayfaları əhalisinin 80 faizə qədərinin məhv edilməsidir. Almaniya 2004-cü ildə Namibiyada törədilənləri soyqırımı kimi tanıyıb. (“Report”)

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Aktobedə yenə atışma səsləri eşidilib

%d bloqqer bunu bəyənir: