Loading...
Loading...
106469

Ərdoğan: “15 iyul hadisəsini ABŞ hazırlayıb”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın CBS telekanalına müsahibə verib.

 Prezident jurnalistin “Özünüz və ailəniz üçün heç qorxdunuzmu”, – sualına belə cavab verib:
“Stiv, bizim inancımızda bir şey var, biz taleyə, ölümə inanmış insanlarıq. Ancaq belə bir vəziyyətdə siz lidersinizsə, hər şeydən öncə xalqınıza ölümsüzlüyün mesajını verməlisiniz, çünki buna inanırdım. Lider bir daşın arxasında gizlənərsə, millət dağın arxasında gizlənər”.
Ərdoğan çevrilişə cəhdin arxasında ABŞ-ın olduğunu deyib. Onun sözlərinə görə, belə olmasaydı, FETÖ lideri Fətullah Gülən bu vaxta qədər ekstradisiya olunmalı idi:
“Biz “o etdi, bu etdi” deyə bilmərik, ancaq millət belə dəyərləndirir. Bu adamı (Fətullah Güləni-red) ABŞ niyə indiyə qədər saxlayır? Sən bunu orada saxladığın müddətdə, incimə, Türkiyənin və türk millətinin mövqeyi dəyişməyəcək”.(Axar.az)

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Statistika Komitəsi: Əhalinin gəlirləri artıb

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: