Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ərəblərin Bakıya axını: radikalizmin yayılması riski varmı?

Son günlər Bakıya ərəb ölkələrindən gələn turistlərin sayı artıb. Bu ilin təkcə aprel-may ayları ərzində Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələnlərin sayı ölkəyə son iki ildə gəlmiş turistlərin sayına bərabər olub. Mütəxəssislər ərəb turistlərinin axınını Azərbaycanda Fars Körfəzi ölkələri vətəndaşlarına vizaların verilməsinin sadələşdirilməsi, Avropada  və Türkiyədə baş verən terror hadisələrinin bəzi ərəb ölkələrində turizm marşrutlarını dəyişdirməsi ilə əlaqələndirirlər.

Əvvəllər daha çox türk, rus və avropalıları turistlər Azərbaycana səyahətə gəlirdisə, artıq bu statistikada xeyli dəyişiklik var. Həm də Azərbaycana gələn ərənlərin ölkədə kütləvi şəkildə daşınmaz əmlak aldıqları ilə bağlı xəbərlər yayılıb. Dolların bahalaşması bizə ziyan vursa da, görünür, əcnəbilərə sərf edir. Belə ki, əcnəbilər, o cümlədən ərəblər 30-40 min dollara Bakıda münasib mənzillər ala bilir və əksər hallarda onu kirayə verirlər.

Əlbəttə ki, istənilən halda ölkəyə turist axınının artması iqtisadi baxımdan yaxşıdır, çünki turist getdiyi ölkədə pul xərcləyir. Bu məsələnin müsbət tərəfidir. Bəs ərəb turistlərinin ölkəyə axını radikal dini cərəyanların güclənməsinə, o cümlədən, vəhhabiliyin artmasına gətirib çıxara bilərmi? Axı radikal dini cərəyanların əsas maliyyə mənbəyi bəzi ərəb ölkələri, onların xüsusi xidmət orqanları, şeyxləridir.

Politoloq Ərəstun Oruclunun virtualaz.org-a bildirdiyinə görə, gələnlər daha çox turist olduqlarından radikal dini cərəyanları yaymaları ehtimal edilmir.

“Turist  səfərinə gələnlər əsasən hansısa cərəyanları yaymağa gələnlər deyillər. Bu turist axının səbəbi müvəqqəti olaraq viza rejiminin sadələşdirilməsidir ki, bir sıra dövlətlərdən, o cümlədən ərəb dövlətlərindən səfər edənlərin sayını artırıb. İkincisi, bu cərəyanların yayılması Azərbaycanda artıq var və şəbəkələşmiş şəkildədir. Mən bunu əlaqələndirməzdim. Turistlər daha çox şəxsi maraq üçün – gəzməyə-görməyə, alış-verişə gəlirlər”.

Əərblərin kütləvi şəkildə mənzil almasına gəlincə isə, politoloq hesab edir ki, bundan narahat olmağa dəyməz. Onun sözlərinə görə, əcnəbilərin Azərbaycanda mənzili almaları onlara daimi yaşayış hüququ vermir.

“Əslində əcnəbilərin burada mənzil almalarında da bir problem yoxdur, çünki bu bütün dünya təcrübəsində rast gəlinən haldır. Əcnəbilərin mənzil almaları azad iqtisadiyyatın qaydalarına zidd deyil”-ekspert deyib.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Qarabağda müharibə variantı yenidən gündəmə qayıdır

%d bloqqer bunu bəyənir: