Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
dasqalaq.jpg

Ərə xəyanətə görə verilən – 10 dəhşətli cəza

arix boyu dünyanın müxtəlif ölkələrində ərlərinə xəyanət edən qadınlar müxtəlif işgəncələrlə cəzalandırılıb.

Axar.az dünyanın ən qəddar 10 cəzasının siyahısını təqdim edir:

 

Türkiyə

Ərinə xəyanət edən qadını bir pişiklə torbaya salaraq torbaya çoxlu zərbələr endirilirdi. Vəhşiləşən pişik qadının bədəninə və sifətinə cırmaq atarkən zərbələr onu yavaş-yavaş öldürürdü.

 

Koreya

Qadını sirkə içməyə məcbur edirdilər. O, bədəni şişənə və son nəfəsinə qədər sirkəni içməli idi.

 

Pakistan

Bu ölkədə mövcud olan şəriət qanunlarına uyğun olaraq, ərinə xəyanət edən qadınlar hamının gözü qarşısında asılır.

 

Afrika

Luanqo krallığında xəyanət edən qadını sevgilisi ilə şəlalədən aşağı atırlar.

 

Siam

Siamda xəyanət edən qadının üzərinə fil salınırdı. Fil onu böyük işgəncə ilə tapdalayaraq öldürürdü.

 

Şimali Birma

Karen tayfasına mənsub qızlar 5 yaşına çatan zaman onların boynuna mis və yaxud da latun həlqələr salınır. Tayfa qadınlarının yaşı artdıqca onların boyunlarına taxılan mis həlqələrin sayı da artır. Bu həlqələr ömür boyu onların boynunda qalır. Həlqələrin çəkisi təxminən 5-6 kiloqrama bərabər olur.

Qadın ərinə xəyanət etdikdə cəza olaraq onun boynundan həlqələr çıxarılır. Bunun nəticəsində metal həlqələrin təsirindən deformasiyaya uğrayıb xeyli uzanmış, hərəkətsizlikdən zəifləmiş boyun əzələləri yumşaq və zəif olur. Belə qadınlar artıq dayaq olmadan başlarını boyunlarının üstündə saxlaya bilmirlər. Həyatlarının sonuna kimi yataqda uzanıb yatmağa məhkum olurlar.

 

Əfqanıstan

Əfqanıstan qanunvericiliyinə görə, xəyanət edən qadınlar ya 10 il həbs olunur, ya da 100 şallaq cəzasına məhkum edilir.

 

Yeni Qvineya

Burdakı qədim adətlərə görə, qadınlar yox, onların məşuqu cəzalandırılır. Adətə görə, ər həyat yoldaşının əlaqədə olduğu adamın başını kəsir. Edamdan öncə isə həmin şəxs əlaqədə olduğu qadının barmağını yeməlidir.

 

İran, Mavritaniya, BƏƏ, Nigeriya və Səudiyyə

Burda xəyanət edən qadınlar məhkəmə olmadan ər tərəfindən amansızlıqla edam edilir.

 

Amerika

Amerikada bir zamanlar yaşayan tayfalarda belə bir adət olub. Xəyanətkar aşkar edildikdən sonra onu tayfa başçısının ayaqları altına atır, daha sonra  sümüklərini qırıb, bir neçə hissəyə parçalayırdılar və bütün cəmiyyət bundan öz yeməklərində istifadə edirdi.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Rusiya XİN ABŞ-ın qərarına münasibət bildirdi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: