Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Əndican qətliamının sirri: İslam Kərimovla məzara qədər…

13 may 2005-ci ildə Özbəkistanın şərqində yerləşən Əndicanda hökumət qoşunları şəhərin mərkəzi meydanında toplaşan dinc sakinləri atəşə tutur.

EMİL SALAMOĞLU YAZIR

Hüquq müdafiəçilərin məlumatına görə, 500 nəfərdən çox adam həlak olur. Özbəkistan hakimiyyəti hesab edir ki, çevriliş hazırlayan terrorçulara qarşı atəş açıblar.
Beynəlxalq hüquq müdafiə təşkilatları isə Əndican qətliamı üçün günahkarların məsuliyyətə cəlb olunmasını tələb edirlər.

en1
2005-ci ilin 14 mayında Özbəkistanın 4-cü böyük şəhəri olan Əndicanda (320 min əhali) xalq qiyamı belə başa çatdı. Məğlubiyyətlə. Böyük qanla. İslam Kərimov etirazları qan içindi boğdu. Qərb yüzlərlə adamın qətlinə görə Kərimova “gözün üstə qaşın var” demədi, yalnız quru bəyanatlar oldu.
Əndicandan sonra təkcə cəsəd qalıqları yox, həm də faciənin dərsləri qaldı. O dərslər isə öyrədir – Məğlublar həmişə haqsızdır. İnsan haqları və demokratiya Qərb üçün şirmadır.
Vətəndaşlar üçün Ən böyük təhlükə mənbəyi qeyri-məhdud səlahiyyətlərə yiyələnmiş diktatordur. Dövlət terrorizmi bağışlanır. Siyasi-iqtisadi maraqlar geosiyasətdə hər şeydən üstündür.

…Sonralar hamı unutdu ki, mayın 13-də şəhər türməsinə və məhbusların azad olmasına qədər şəhərdə düz bir həftə dinc etiraz nümayişləri keçirilib. Kərimovla dialoq çağırışları səslənib. Və prezident-diktator bunların heç birinə məhəl qoymayıb.
2005-ci il mayın 13-də qanlı toqquşmalara səbəb olmuş mitinqlərin səbəbi kimi haqsızlıq, din, kasıblıq və repressiyalar kimi problemlərin toplusu qeyd edilə bilər. Əlbəttə, hadisələrin başlanmasına da bir qığılcım olmalı idi. Bu da 23 nəfər yerli iş adamının həbsi idi.
Sakinlər onların azadlığa buraxılmalarını tələb edir, hakimiyyət isə bu adamları qadağan edilmiş «Akramiyə» islamçı təşkilatı ilə əlaqədə və separatçılıqda ittiham edirdi.
«AKRAMİYƏ» NƏDİR?

en2
Özbəkistan rəsmiləri bu təşkilatı ölkədə islam dövləti qurmaq istəyən qruplaşma kimi təqdim edir. Amma bu qrupu xeyriyyə təşkilatı, iş adamlarında topladığı üzvlük haqları hesabına üzvlərinin problemlərini həll edən bir təşkilat kimi tanıdanlar da var.
“Akramiyə”ni 1992-ci ildə Əndicanda 29 yaşlı bir riyaziyyat müəllimi Akram Yuldoşev qurub. Amma 1999-cu ildə onu həbs edərək 17 il azadlıqdan məhrum ediblər.

2005-ci ildə mitinqlərin başlanmasına görə hökumət «Akramiyə»dən başqa, insan haqları fəallarını, xaricdəki müxalifət fəallarını, müstəqil medianı Özbəkistan təhlükəsizlik qüvvələrinin ən azı bir agentini ittiham ediblər.
Amma Rusiya mətbuatında belə fikirlər var ki, 2005-ci ildə «Akramiyə» ümumiyyətlə, mövcud olmayıb. Sadəcə olaraq, hökumət məsələyə islam ekstremizmi donu geyindirmək üçün onun adını bu işə qarışdırıb.

en3
Hökumət mitinqi dağıtmaq üçün əsasını belə izah edir: mayın 12-də bir qrup adam Əndicanda həbs edilmiş 23 iş adamının saxlandığı həbsxanaya hücum ediblər. Oradan silah oğurlayıb, şəhər məhkəməsinə hücum edib. Rəsmilər bu hücumlar zamanı bir neçə həbsxana gözətçisinin qətlə yetirildiyini, bir çox dövlət idarələrinin ələ keçirildiyini bildirirlər.

Amma mayın 12-nə qədər etiraz aksiyası ümumiyyətlə dinc idi, orada silahlı adamlar iştirak etmirdilər. Hələ aydın deyil ki, həmin gecə basqında iştirak edən silahlı adamlar kimlər idi. Hökumət qüvvələri Əndicana girəndən sonra şəhərin yüzlərlə sakini qonşu Qırğızıstana qaçdı. Oradan da 400 nəfər əndincanlı sonradan Avropaya, Şimali Amerikaya, Avstraliyaya qaçdı.

Əndicanda həbs edilmiş 23 iş adamından bəziləri indi Hollandiya, Finlandiya, İsveç, ABŞ vətəndaşlarıdır. Onlardan biri itkin düşüb, taleyi haqqında məlumat yoxdur. 15 nəfəri Özbəkistanda həbsxanadır. Bir nəfəri isə həbsxanada qeyri-müəyyən şəraitdə vəfat edib.

en4

Mitinqlərə səbəb kimi hakimiyyət daxilindəki klanların mübarizəsini, həmin dövrdə Qırğızıstanda baş vermiş rəngli inqilabı göstərənlər də var. Fəqət, hələ də real səbəblər sirr olaraq gedir – İslam Kərimovla məzara qədər…

Məqalə ayrı-ayrı vaxtlarda internet resurslarında yayımlanmış materiallar əsasında hazırlanıb.

24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Tural Abbaslı: “Bu hakimiyyətə qarşı müxalifətdə olmamaq olmaz”

%d bloqqer bunu bəyənir: