Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
64400

Ən çox xərçəngə yoluxan peşə sahibləri

Alimlər hansı peşələrin daha çox xərçəngə yol açdığını müəyyən ediblər
Alimlər, nəhayət onkoloji xəstəliklərin inkişafına təsir edən peşələri müəyyənləşdiriblər. Sputnik xarici mediaya istinadla xəbər verir ki, ölüm gətirən bu xəstəliyə, daha çox fiziki cəhətdən ağır iş görən insanlar arasında rast gəlinir.

ABŞ, Rusiya və bir neçə Avropa ölkəsindən olan mütəxəssisləri birləşdirən tədqiqat qrupunun apardığı araşdırmalar ağlasığmaz nəticəni ortaya çıxarıb. Onlar yaşı 45-dən yuxarı ona 5,5 min xərçəng daşıyıcısı olan könüllü üzərində tədqiqat həyata keçiriblər. Tədqiqat obyektlərinin peşələri, vərdişləri, qidaları, onlardakı xolesterinin miqdarı və qandakı şəkərin miqdarı barədə məlumatlar tədqiqatçılara təqdim edilib.
Məlum olub ki, yükdaşıyanlar (hamballar) bədxassəli şişlərin inkişafına ən həssas təbəqədir. Mütəxəssislərin sözlərinə görə, bu, onunla bağlıdır ki, onların daxili orqanları daim ağır yükün daşınması səbəbindən gərginlik keçirir. Xərçəngin inkişafına səbəb olan peşələrin reytinqində yükdaşıyanları tikintidə işləyənlər, sürücülər, fermerlər və satıcılar izləyir. Bu reytinqə, həmçinin fiziki işlərlə məşğul olan digər peşə sahibləri də daxildir. Alimlər qeyd ediblər ki, sözügedən peşələr insanları uzun müddət günün altında qalmağa, ağır fiziki iş görməyə vadar edir. Bununla belə, onların işləri ağır olsa da, çox hərəkət tələb etmir. Alimlər ilkin versiya olaraq bunu ağır fiziki iş nəticəsində zəif toxumaların zədələnməsi ilə əlaqələndiriblər.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Mirşahin ölkəni niyə tərk edib? – AÇIQLAMA

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: