Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ən çox cinayət törədilən rayonlar – SİYAHI

2015-ci ildə törədilən cinayətlərin böyük hissəsi Bakı şəhərində olub. Dövlət Statistika Komitəsindən fins.az-a verilən məlumata görə, ötən il paytaxda 12 min 693 cinayət hadisəsi qeydə alınıb. 2014-cü ildə isə bu rəqəm 12 min 288 olub.

Ötən il törədilən cinayətlərin sayına görə ikinci yerdə Sumqayıt şəhəridir -1054  hadisə. 2015-ci ildə  Abşeron rayonunda 934, Lənkəranda 768, Gəncədə 739, Astarada 445  cinayət hadisəsi törədilib.

Cinayətlərin ən az qeydə alındığı zona  Naxçıvan Muxtar Respublikasıdır. Statistikaya əsasən, burada 2015-ci ildə cəmi 29 hadisə törədilib. Həmin zonada ən çox cinayət Naxşıvan şəhərində qeydə alınıb. -10 hadisə. Culfa rayonunda 8, Sədərəkdə 4, Babəkdə 3, Şərurda 2,  Ordubad və Kəngərli rayonlarının hər  birində 1 hadisə qeydə alınıb.

Ötən il Şahbuz rayonunda heç bir cinayət törədilməyib.

Ən az cinayət hadisəsinin qeydə alındığı rayonlar:

Lerik –  40 hadisə

Yardımlı  – 48 hadisə

Zərdab – 64 hadisə

Oğuz – 71 hadisə

Siyəzən – 78 hadisə

Qobustan – 79 hadisə

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Sovetski”də 4 minə yaxın ev və obyekt köçürüldü

%d bloqqer bunu bəyənir: