Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
zz

Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS

Əmisi oğlunu öldürməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Əlisamit Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Əlisamit Zeynalovun əmisi oğlu Hacıəli Dostməmmədov 5 sentyabr 2014-cü ildə həbsdən azad edilib. O, yaşadığı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinə gəlib. Elə qətl hadisəsi də həmin qəsəbədə baş verib, özü də qısqanclıq zəminində.
Hacıəli Dostməmmədov həbsxanaya yolu düşməmişdən iki il əvvəl Əlisamit Zeynalovun evində yaşayıb. Bu müddət ərzində o, Əlisamit Zeynalovun qızı Samirə ilə cinsi əlaqədə olub. Sonradan Hacıəli həbsxanaya düşüb. Həbsxanadan çıxandan sonra Hacıəli Dostməmmədov Əlisamit Zeynalovun qızı Samirə və həyat yoldaşı Laləyə hədə-qorxu gəlib.
Hədə-qorxu gəlməkdə məqsədi əmisi qızının onunla birgə yaşamasına razılıq verməsi olub. Samirə isə Hacıəli ilə birgə yaşamaqdan imtina edib. Hacıəlinin hədə-qorxusundan bezən ana bu barədə əri Əlisamit Zeynalova danışıb. O, ərinə deyib ki, əmisi oğlu Hacıəli həbsxana düşməmişdən iki il əvvəl qızı ilə cinsi əlaqədə olub, onun bakirəliyini pozub. Qadın həmçinin ərinə çatdırıb ki, Hacıəli qızları ilə yenidən yaşamaq istəyir, bu niyyətini həyata keçirmək üçün onlara hədə-qorxular gəlir.
Əlisamit Zeynalov qızı ilə cinsi əlaqədə olmasını və sonradan ailəsinə hədə-qorxu gəlməsini biləndən sonra əmisi oğlunu öldürmək qərarına gəlib. Əlisamit Zeynalov sentyabrın 23-də, saat 04 radələrində, yaşadığı evdən məişət təyinatlı qıymakeş-dəhrəni götürüb Hacıəli Dostməmmədovun yaşadığı evə gəlib.
Evə daxil olan Əlisamit əmisi oğlunun yatdığını görüb. O, Hacıəli Dostməmmədou yuxudan oyadıb və dəhrə ilə ona çoxsaylı zərbələr vurub. Hacıəli Dostməmmədov aldığı zərbələrin təsirindən hadisə yerində ölüb. Əlisamit Zeynalov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əlisamit Zeynalov 15 il müddətinə azadlıqdan məhrum edilib.(Teleqraf.com)

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Aygünə itki: “Ailədən bir böyük də getdi”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: