Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Əməliyyat zamanı ölən xəstənin cərrahı danışdı

Sumqayıtda 81 yaşlı cərrahın əməliyyat etdiyi xəstə bu gecə dünyasını dəyişib. ANS TV-nin məlumatına görə, 3 uşaq anası Lumu Veyisova öd kisəsindəki kəskin ağrılarla Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına müraciət edib. Əməliyyatdan sonra xəstənin vəziyyəti ağırlaşıb.

Xəstənin yaxınları isə Lumu Veyisovun ölümündə həkimi günahlandırırlar. İddia edirlər ki, həkim yaşlı olduğu üçün xəstənin damarlarını kəsib. Qanaxma bu səbəbdən yaranıb.
Xəstəni əməliyyat edən həkim Cəfər Quliyev isə bununla razılaşmayıb.  ANS-ə açıqlama verən həkim məslənin təfərrüatları barədə məlumat verib.

O xəstənin xəstəxanaya gec çatdırıldığını, vəziyyətinin ağır olduğunu bildirib. Xəstənin öd kissəsində ağır irinli proses olub, ətraf damarlarda da irinləşmə prosesi gedib.

Sumqayıtda 81 yaşlı cərrahın əməliyyat etdiyi xəstə öldü

Ötən həftə isə Azərbaycanda həkim sol ayağının kəsilməsi barədə diaqnoz qoyduğu xəstənin sağ ayağını kəsib.  Tərlan Məmmədovaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib.

Lakin əməliyyatdan çıxan 87 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib.

Açıqlama verən səhlənkar cərrah Valeh Kərimov 87 yaşlı qadının hər iki ayağının qanqrena olduğunu deyib. Onun sözlərinə görə, xəstənin vəziyyəti çox ağır idi. Həkim səhv etdiyini etiraf edib.

“Hər iki ayaq kəsilməli idi. Vəziyyəti daha pis olan sol ayaq amputasiya olunmalı idi, amma mən sağ ayağı əməliyyat etmişəm. Əməliyyat masası tərsinə quraşdırıldığı üçün mexaniki səhv baş verdi. Bu, hamının başına gələ bilər”.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Zirəddin Rzayev NTV telekanalını məhkəməyə verdi

%d bloqqer bunu bəyənir: