Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Əlöysət Babayev şirkətin 3.2 milyon rublunu necə mənimsədi…

Rusiyanı Tümen vilayətinin Lenin dairəsi prokurluğu 53 yaşlı azərbaycanlı Əlöysət Babayev barəsində rəsmi ittiham aktını elan edib.

Virtualaz.org xəbər verir ki, prokurorluq onu işlədiyi tikinti şirkətində işçilərin əmək haqlarının verilməsi üçün ayrılmış 3.2 milyon rubl vəsaiti mənimsəməkdə ittiham edir.

Cinayət işinin materiallarına əsasən Babayev “Stroy-Prestij 2010” ASC-nin direktorunun yaxın tanışıdır. Tikinti şirkətinin sahibi işlərə rəhbərlik etməyi Babayevə həvalə edib. 2010-cu ildə şirkət rəhbəri iki dəfə uzun müddətə Azərbaycana gəlib. Şirkətə rəhbərliyi isə Babayevə tapşırıb, işçilərin əmək haqlarının verilməsi və digər xərclər üçün bank kartını da ona həvalə edib. Babayev isə bankdan pulları çıxararaq öz məqsədləri üçün xərcləyib.

2014-cü il iyunun 25-dən iyulun 4-nə qədər olan müddət ərzində Babayev bank kartı ilə 1.2 milyon rubl çıxarıb. 2014-cü il sentyabrın 19-dan 2015-ci il martın 18-nə qədər isə daha 2 milyon rublu bankdan çıxararaq mənimsəyib, işçilərə əmək haqqı verməyib.

Tikinti şirkətinin rəhbəri bu mənimsəmədən xəbər tutanda hüquq-mühafizə orqanlarına müraciət edib. 2016-cı il mayın 12-də Babayev həbs olunub. Onun barəsind cinayət işinin materialları baxılmaq üçün məhkəməyə göndərilib. İrəli sürülən ittihamlar üzrə Babayevi 10 ilədək həbs və 1 milyon rubla qədər cərimə gözləyir.

 

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Borc sahibindən həbsxana rəhbərliyinə ilginc müraciət

%d bloqqer bunu bəyənir: