Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Əliyevin sərmayə qarantiyasının arxasında nə dayanır?

Korrupsiyanın, hüquqsuzluğun, avtoritar idarəçiliyin hökm sürdüyü ölkə cazibədar ola bilməz

Etiraf edək ki, bizim hökumətimiz nadir tapıntıdır. Tənəzzülü tərəqqi kimi, yoxsulluğu varlılıq kimi, səriştəsizliyi müdriklik kimi, qətiyyətsizliyi cəsarət kimi təqdim etmək, bizim hökumət üçün adi haldır. Ölkə uçuruma yuvarlansa da, dünya dağılsa da, hökumətimiz “inkişaf edirik” təbliğatını bir an da dayandırmır. O qədər yalan danışıblar ki, artıq özləri də inanmağa başlayıblar. Ac vətəndaşa israrla tox olduğunu sübut etməyə çalışırlar.

“Bu gün Azərbaycanda sərmayə iqlimi çox müsbətdir. Bunun bütün mötəbər beynəlxalq maliyyə qurumları qeyd edir. Sərmayə qoyuluşu üçün Azərbaycan dünya miqyasında ən cəlbedici ölkələrdən biridir”. Bunu da ölkə başçısı Ilham Əliyev deyib.

Indiki şəffaf mənzərədə bu fikirləri söyləmək üçün “qurd ürəyi” yemək lazımdır. Xarici iş adamlarının ölkəyə sərmayə qoyuluşu bir yana qalsın, yerli iş adamları ökədən qaçır. Azərbaycanlı iş adamları son 1 ildə Gürcüstan iqtisadiyyatına 560 milyon dollar sərmayə yatırıblar. Son 2 il ərzində isə Azərbaycanın iş adamları Türkiyədə 507 şirkət qurublar.

Xarici sərmayədarların ölkəyə axın etməsinə gəlincə, vəziyyət daha bərbaddır. Əvvəla ona görə ki, dünyanın ən nüfuzlu reytinq agentlikləri Azərbaycanla bağlı mənfi rəylər verir. Moodys, Standard Poors, Fitch kimi mötəbər agentliklər Azərbaycanı biznes üçün uğursuz ölkə kimi qiymətləndirir.

Ikincisi, xarici sərmayəçilərin ölkəyə axın etməsi üçün ölkənin demokratik imici formalaşmalıdır. Korrupsiyanın, monopoliyanın, hüquqsuzluğun hökm sürdüyü ölkəyə heç bir ağıllı iş adamı milyardlar yatırmaz. Çünki, belə bir ölkədə bu milyardların sığortası yoxdur.

Eyni zamanda Azərbaycandakı iş adamlarının məşəqqətli taleyi də hamıya məlumdur. Bu ölkədə iş adamlarının şantaj olunması, şərlənərək həbs edilməsi, var-yoxdan çıxarılması, MTN-in padvallarında, “Bandotdel”in qaranlıq otaqlarında incidilməsi faktları var.

Ilham Əliyev sərmayə iqliminin müsbət olmasından danışsa da, real vəziyyət iqlimin kəskin pisləşdiyini göstərir. Statistik rəqəmlər də göstərir ki, bütün iqtisadi göstəricilər aşağı düşür, dövlətin xarici borcu artır, əhalinin həyat şəraiti pisləşir və milli valyutanın 3-cü devalvasiyası gözlənilir. Yəni, ölkədə sosial-iqtisadi vəziyyət zülmətə elə bürünüb ki, xarici sərmayədar “fənər”lə baxsa da heç nə görməyəcək.

Bir daha qeyd edirik ki, müstəqil məhkəmənin, qanunun aliliyinin, demokratik idarəçiliyin olmadığı ölkəyə nə yerli, nə də xarici iş adamı sərmayə qoymaz.

Mövcud hakimiyyət iqtisadiyyatı çökdürmək, dövlətin imicini zədələmək üçün əlindən gələni etdi. Nəticə də budur ki, ölkəmiz bütün parametlər üzrə sonuncu yerlərdə qərarlaşır.

Bütün bunlardan sonra iqtisadi inkişaf mesajı vermək, böhrandan uğurla çıxdığımızı iddia etmək vətəndaşı aldatmağın, qeyri-ciddiliyin görsənişidir. Bu ölkədə yalnız korrupsiya ilqimi sürətlə inkişaf edir ki, bu da iqtisadiyyatın iqlimini buzlaşdırır.

azadliq.info

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Ermənilər bütün postlarda gecəgörmə cihazları yerləşdirib, texnikanı gizlədib…

%d bloqqer bunu bəyənir: