Loading...
Loading...

Əliyev Yıldırımdan ulduzlu 5 ala bildi

Türkiyənin baş naziri Binəli Yıldırım 15 iyul baş tutmayan hərbi çevriliş cəhdindən sonra Azərbaycanın Fətullah Gülənin “Hizmət” hərəkatına qarşı atdığı addımlara görə minnətdarlıq ifadə edib.

Virtualaz.org xəbər verir ki, baş nazir bu haqda NTV telekanalına müsahibəsində danışıb.

“Azərbaycana çox minnətdarıq. Hörmətli Əliyev bütün fəaliyyətlərini (Fətullah Gülənə bağlı fəaliyyətləri nəzərdə tutur.-red) dərhal dayandırdı. Digər dostlarımızdan da bunu gözləyirik. Bunların həmin ölkələrə də xeyri yoxdur, olduqları ölkələrdə insanlıq üçün böyük təhdid təşkil edirlər. Bəri başdan bütün dostlarımızı bunlara şərait yaratmaqdan əl çəkməyi və Türkiyə ilə dostluğu seçməyi tövsiyə edirik”-Binəli Yıldırım deyib.

Azərbaycan hakimiyyəti 15 iyul hərbi çevriliş cəhdindən sonra Fətullah Gülənin müsahibəsinin anonsunu verən ANS telekanalını bağlayıb, ardınca Qafqaz Universitetini SOCAR-ın tabeçiliyinə verib və Ali Neft Məktəbi ilə birləşdirib.

Virtualaz.org

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Angela Mosiyan: “Mən Bakıya İlham Əliyevin yanına gedəcəyəm”

%d bloqqer bunu bəyənir: