Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
eliyev-ramiz

Əliyev Ramiz Mehdiyevi pis durumda qoydu

İkinci şəxsin pislədiyini birinci şəxs tərfiləməli oldu

Heç kimə sirr deyil ki, Azərbaycanda fəxri adlar ad günü hədiyyəsinə çevrilib. Demək olar ki, YAP komandasının əksəriyyətinə “Şərəf” və “Şöhrət” oredni verilib. Bu ordenlər isə bir qayda olaraq doğum gününə təsadüf. Bu orden və medalları alan qeyri-siyasilər də hökumətə münasibətinə görə mükafatlandırılır. Qısası, bu ölkədə bütün təltiflər, dövlətə və millətə yox, rejimə sədaqətə görə verilir. Artıq bu ölkədə ən yüksək medalın da zərrə qədər dəyəri yoxdur. Çünki, təltif olunanların əksəriyyətinin cəmiyətdə zərrə qədər nüfuzları olmur.

Birdə görürsən ki, 20 il sənətdə can qoymuş adam adsız qalıb, dünən sışrayıb ortaya çıxan adam xalq artisti, əməkdar artist adı alır. Ötən gün yenə də təltiflər oldu. Bir sıra aparıcılara, jurnalistlərə fəxri adlar verildi. Qəribə olan budur ki, təltif olunan adamlar bir müddət əvvəl tənqid olunan adamlardı. Bəli, bir müddət əvvəl bu adamların verilişləri ləğv olundu, bu verilişlərin bayağı olduğu, tamaşaçının zövqünü oxşamadığı bildirildi. Hətta Teleradio Şurası bu verilişlərlə bağlı kəskin iradlar səsləndirdi, hökumət mətbuatı bu aparıcıları hədəf seçdi və.s

Elə görüntü yaratdılar ki, guya efirdə ciddi islahatlar aparacaqlar. Cənmiyyəti inandırmağa çalışdılar ki, bütün bu bayağılıq, insanların yerli telekanallardan imtinası özfəaliyyətin nəticəsidir. Guya, hökumət bunun əleyhinədir və səviyyəli proqramların ortaya çıxmasının tərəfdarıdı. Amma qısa müddət pəhrizdən sonra yenidən eyni mənzərənin şahidi olduq. Daş-qalaq edilən aparıcılar, qadağa qoyulmuş proqramlar yenidən dirildilər. Artıq bu adamlar əməkdar mədəniyyət işçisi, əməkdar jurnalistdilər.

Biz həmişə deyirdi ki, bütün neqativlər hökumətdən qaynaqlanır və bütün addımlar imitasiyadır. Faktiki olaraq bayağılığa növbəti dəfə yüksək qiymət verildi. Bundan sonra hamı onlar kimi olmağa çalışacaq. Efirə lağ-lağı, səviyyəsizlik daşıymaq mədəniyyətə xidmət kimi qəbul olunacaq.

Bu ölkədə belədir, bütün səviyyəsizliklər ən yüksək səviyyədə dəstəklənir. İqtisadiyyatı, siyasəti hansı vəziyyətə salıblarsa, mədəniyyət də həmin səviyyədə olacaq.

Əsas maraqlı məqam isə budur ki, bir müddət əvvəl PA rəhbəri Ramiz Mehdiyev bu proqramları topa tutdu, bayağılığın baş alıb getdiyini bildirdi və bunun yolverilməz olduğuna diqqət çəkdi. Amma ölkənin ikinci adamının qınaqlarına birinci şəxs əks reaksiya verdi. Belə çıxır ki, İlham Əliyev Ramiz Mehdiyevin yanlış qiymətlədirmə etdiyini düşündü və bəxti bağlananların bəxtini açdı. Bu komanda həqiqətən də monalit deyil.

Azadliq.info

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Xədicə İsmayıl: Yalnız hakim ailə ilə münasibətləri pozulan məmurlar cəzalandırılacaq

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: