Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Əliyev, Putin və Sarkisyanın görüş vaxtı məlum oldu

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan, Ermənistan və Rusiya prezidentləri İlham Əliyev, Serj Sarkisyan və Vladimir Putinin üçtərəfli görüşü keçirilə bilər.

24saat.org APA-ya istinadən xəbər verir ki, Rusiya XİN-dəki mənbənin sözlərinə görə, hazırda belə bir görüşün keçirilməsinin mümkünlüyü araşdırılır: “Tərəflər razılıq versə, görüş barədə Prezident administrasiyaları məlumat yayacaq”.

Qeyd edək ki, bu gün Rusiya XİN Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli sammitin keçiriləcəyi ilə bağlı məlumat yayıb.

Məlumatda Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin Fransanın Rusiyadakı səfiri Jan Moris Riperlə Sankt-Peterburqda keçiriləcək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli sammiti müzakirə etdiyi bildirilib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Rusiya XİN Qarabağ sammiti ilə bağlı xəbəri saytından çıxardı

%d bloqqer bunu bəyənir: