Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Əliyev hələ də köhnə rəqəmlərə istinad edir

Rəsmi statistika tənəzzülün, ölkə başçısı tərəqqinin olduğunu bildirir

Iyunun 7-də Berlində Azərbaycan-Almaniya Iqtisadi Forumu keçirilib. Forumda ölkə başçısı Ilham Əliyev geniş çıxış edib və inkişafdan, görülən işlərdən, qulağa xoş gələn rəqəmlərdən danışıb. Diqqət çəkən məqam budur ki, ölkə başçısı hələ də köhnə statistikalarla danışır. Yəni vəziyyət sürətlə pisləşsə də, bütün statistik göstəricilər aşağı düşsə də, ölkə başçısı illər öncənin əzbərlənmiş rəqəmlərinə istinad edir.

Məsələn, Almaniyadakı çıxışı zamanı da bildirib ki, yoxsulluq və işsizlik səviyyəsini əhəmiyyətli dərəcədə azaltmışıq və hər iki göstərici 5 faizə yaxındır. Rəsmi statistikaya görə, ötən il ilə müqayisədə əhalinin həyat şəraiti 38 faiz pisləşib. Ötən bir il ərzində yüzlərlə obyekt, şirkət, müəssisə qapadılıb, dövlət qurumları ləğv edilib. Faktiki olaraq milli valyuta iki dəfə ucuzlaşıb, qiymətlər 30-40 faiz qalxıb və avtomatik olaraq əhalinin sosial vəziyyəti ağırlaşıb. Ölkə başçısı özü də etiraf edib ki, 2016-cı il ağır il olacaq, valyuta ehtiyatlarımız azalıb və s. Problemli kreditlərin həcmi 1 milyardı ötüb, təkcə ötən il 41000 daşınmaz əmlak girov qoyulub, sosial vəziyyətin ağırlığı intihar bolluğu yaradıb. Əhalinin pul gəlirləri bu ilin yanvar-aprel aylarında 4,6 milyard dollar və ya 34 faizdən çox azalıb. Amma bütün bunlardan sonra ölkə başçısı hələ də işsizlik və yoxsulluq səviyyəsinin 5 faiz olduğunu söyləyir. Yəni vəziyyət dəyişsə də, Əliyevin “rəqəmlər”i dəyişmir.

Daha sonra ölkə başçısı çıxışını bu fikirlərlə davam etdirib: “Neft satışından əldə olunan gəlirləri qeyri-neft sektoruna yatırmağa başladığımızdan iqtisadiyyatımızın rəqabətliliyi artıb. Enerji amili bizim üçün artıq prioritet deyil. Biz iqtisadiyyatı şaxələndirməklə əsas diqqəti qeyri-enerji sektoruna cəmləşdirmişik. Bizim hazırda prioritet hesab etdiyimiz sahələr arasında kənd təsərrüfatı birinci yerdədir. Çünki əhalinin, demək olar, yarısı kənd yerlərində yaşayır və bunun üçün yaxşı iqlim şəraiti mövcuddur”.

Yenə də uzun illər ərazində səslənən fikirləri təkrarlayıb. Axı, qeyri-neft sektoruna diqqət, kənd təsərrüfatının inkişafı, neftdən asılılığın azaldılması nədə ifadə olunur?

Rəsmi statistika göstərir ki, ötən il ilə müqayisədə qeyri-neft sektoruna sərmayə qoyuluşu 73 faiz azalıb. Əgər ötən ilin ilk dörd ayında qeyri-neft sektoruna 2,9 milyard sərmayə qoyulmuşdursa, bu ilin ilk dörd ayında üst-sütə 0,8 milyard qoyulub. Bu ilin yanvar-aprel aylarında təhsilə investisiya qoyuluşu 84%, səhiyyə və sosial xidmət göstərən sahələrə kapital qoyuluşu 65% azalıb. Kənd təsərrüfatına investisiya qoyuluşu bu ilin yanvar-aprel aylarında 4 dəfədən çox azalıb. Bu dörd ayda aqrar sektora vur-tut 40,5 milyon manat yatırım edilib. Halbuki, ötən ilin eyni dövründə bu göstərici 170 milyon manata yaxın olub.ÿÜmumi Daxili Məhsulun 4 aylıq həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyard dollara yaxın və ya 39% kiçilib. Bütövlükdə ölkədaxili mənbələrdən iqtisadiyyata sərmayə qoyuluşu 51%, xarici sərmayələr isə 14% azalıb.

Göründüyü kimi, bütün sahələrdə geriləmə var və neft sektorundan asılılıq əvvəlki qaydada davam edir. Deməli, hökumətin dediyi kimi, qeyri-neft sektorunun ikişafı prioritet olmayıb. Hakimiyyətin fəaliyyətində yalnız imitasiylar, praktiki əhəmiyyəti olmayan sərəncamlar, fərmanlar prioritet olub.

Amma Ilham Əliyev israrla deyir ki, iqtisadiyyatı şaxələndirmişik, neftdən asılılığımız azalıb.

Ölkə dağılsa da hökumətimiz “inkişaf nağılları”na sadiqdir. Dünya da, ölkə ictimaiyyəti də real vəziyyəti gördüyü halda, hökumət komandası bunun əksini sübut etməyə çalışır. Hətta biabırçı statsitik rəqəmlər də “uğur centlimenləri”ni yavaşlada bilmir.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Əhməd Əhmədzadə narahatdır – ELDAR MAHMUDOV DANIŞA BİLƏR

%d bloqqer bunu bəyənir: