Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
emek

Əlil qadın Səlim Müslümovun nazirliyini məhkəməyə verdi – Detallar

Ucar sakini Əliyeva Nüşabə İntiqam qızı 24saat.org-a müraciət edib. Rayon sakini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) şikayətçidir.

Şikayətin səbəbkarı 01 mart 2016-cı il tarixdə yaradılmış VEMTAS adlı sistemi idarə edən şəxslərin saxtakarlıqla məşğul olmalarıdır. Onun sözlərinə görə, ƏƏSMN yoxsulluq həddində yaşayan vətəndaşlara dövlət tərəfindən ayrılan sosial yardımı rüşvətlə təyin edirlər.

Belə ki, vətəndaş Əliyeva Nüşabə İntiqam qızı ünvanlı sosial yardım almaq ücün 07.03.2016-cı il tarixdə ƏƏSMN- elektron VEMTAS sisteminə müraciət edərək sistem tərəfindən 167447700187801 nömrə ilə qeydə alınıb.

02 may 2016-cı il tarixdə isə ona rəsmi cavab verilərək etdiyi müraciətə imtina verilib. Səbəbi isə onun təqaüd alan şəxs olması barədə məlumatın öz təsdiqini tapmaması göstərilib.
Ancaq N.Əliyeva 2013-cü il tarixdən 2-ci qrup əlildir, buna görə hər ay 70 manat pensiya alır. Həyat yoldaşı vəfat etdiyi üçün isə övladına hər ay 46 manat müavinət verilir. O, bu saxtakarlığa, qanunsuzluğa görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı məhkəmədə iddia qaldırıb.

Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsi tərəfindən ona verilən arayışda əlilliyə və ailə başçısını itirdiyinə görə pensiya alması qeyd edilib. Nazirlik isə hətta məhkəmələrə də təzyiq göstərir.

Belə ki, iddia 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə verilsə də, oradan 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə göndərilmiş, onlar isə Şirvan İnzibati-İqtisad Məhkəməsinə göndəriblər.

Hazırda iddia ərizəsi Şirvan İnzibati-İqtisadi Məhkəməsində hakim Müşfiq Həsənovun icraatındadır.

N.Əliyeva 24saat.org vasitəsi ilə ölkə prezidentinə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə məlumatın çatdırılmasını istəyir: “Həyat yoldaşım avtomobil qəzasında dünyasını dəyişib. Himayəmdə bir azyaşlı qızım var.

Özüm II qrup əlil olduğum üçün işləyə bilmirəm. Ailə başçısnı itirdiyimə görə ayda 46 manat və əlilliyə görə isə 70 manat müavinət alıram ki, buna görə yoxsulluq həddində yaşayırıq. Azyaşlı övladım yoxsulluqdan məktəbə günlərlə gedə bilmir. Aclıqdan ölmək təhlükəsi ilə üz-üzə qalmışıq.
Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə müraciət edirəm. Sizdən çox-çox xahiş edirəm saxtakarlıq edib bizim ailəyə ünvanlı sosial yardım verilməsindən qanunsuz imtina etmiş nazirliyin vəzifəli əməkdaşları barədə qanunu tədbirlər görəsiniz”.

24saat.org

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

İsmayıllıda məktəblərə isidilmir – Mirdamət Sadıqov isti kabinetlərindən çıxsa…

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: