Loading...
Loading...
istilik

Əlil evində donur, “Azəristiliktəchizat” sədri milyonları qızdırır – Fakt

Bakının Əhmədli qəsəbəsi, Məzahir Rüstəmov 21 ünvanında yaşayan Orxan Adıgözəlov 24saat.org-a yazıb.

Onun sözlərinə görə, “Azəristiliktəchizat” ASC-nin binaya verdiyi istilik çox zəifdir: “Onun istilik effekti şamın istilik effektindən azdır. Əlilliyimə görə qan dövranım zəif işlədiyi üçün tez üşüyürəm. Artıq soyuqlamışam.

“Azəristiliktəchizat”-a bir neçə dəfə zəng edib, şikayət etsək də xeyri yoxdur. Konkret yola verirlər. Bu gün ümumiyyətlə telefonlara cavab verməyiblər”.

Son illərdə Yaşar Həsənovun «xərclədiyi» milyonlar Bakıda mənzillərin istilik problemlərini həll edə bilməyib.

2005-ci ildə dövlət başçısı tərəfindən yaradılan adı çəkilən qurumun rəhbəri Yaşar Həsənov kifayət qədər vəsait ayrılmasına baxmayaraq Bakının istilik problemini həll etmir.

Xatırladaq ki, “Azəristiliktəchizat” ASC-nin strukturu olduqca böyükdür və bu “Azəristiliktəchizat” ASC-yə11 xidmət təsərrüfatı, 2 MMC, Bakı şəhəri üzrə 17 İstilik İstismar

Sahəsi, 51 regional İstilik Təsərrüfatı İdarələri, 5 rayonda istilik qazanaxanası, 700-ə yaxın məhəllədaxili istilik qazanxanası, 197 istilik məntəqəsi, 1200 km-ə yaxın magistiral və məhəlli istilik xətti, 2 yüksəldici nasos stansiyası, maşın parkı və digər mühəndis istilik komnuikasiyaları daxildir.

24saat.org xəbər verir ki, “Azəristilitəchizat” ASC ayrılan milyonlarla manat vəsaitlərin xərclənməsində, satınalmalarda qaranlıq məqamlar mövcuddur və qurumun sədri Yaşar Həsənov Bakı Şəhər İcra başçısı Hacıbala Abutalıbova arxalanaraq bu “əməliyyatları” həyata keçirir.

Təkcə 2012-2013 cü illər ərzində quruma 30 milyon manata yaxın vəsait ayrılıb. Bu vəsaitin 19,5 milyonu (19 616 071 manat) 2012-ci ildə, 10,9 milyonu isə (10 988 613 manat) 2013-cü ildə ayrılıb.  yrılan vəsaitlər əsasən Bakı şəhərində yaşayış və istehsalat obyektlərinin istilik sistemlərinin, xətlərinin əsaslı təmiri üçün xərclənib.

24saat.org

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Öldüyü iddia olunan Gülnarə Kərimova twit paylaşdı və hamını güldürdü

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: