Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Əli Kərimliyə qarşı kampaniya cəmiyyətdə ikrah doğurub

akarimli-mitinq2“Bu cür süni qarşıdurmalar yaxşı heç nə vəd etmir”

AXCP sədri Əli Kərimlinin evi qarşısında hakimiyyətin ona qarşı aksiyalar təşkil etdirməsi cəmiyyətdə ikrahla qarşılanıb. Aprelin 9-dan bəri hər gün keçirilən bu aksiyalara icitmai-siyasi xadimlər, ziyalılar, sosial şəbəkə fəalları kəskin etirazlarını bildirir.

Tanınmış telejurnalist, professor Qulu Məhərrəmli də “Azadlıq” qəzetinə açıqlamasında hakimiyyətin bu əməlini pisləyib:qulu-meherremli

«Belə toplantıların kimə xeyri var?! Bu gün Azərbaycan cəmiyyəti elə bir vəziyyətdədir ki, onun həmrəyliyə, birliyə ciddi ehtiyacı var. Azərbaycanın çevrəsindəki təhlükə o qədər böyükdür, baş verən proseslər, ölkəmizin taleyi, gələcəyilə bağlı elə ciddi suallar var ki, biz onlar haqda düşünməliyik. Bu cür süni qarşıdurmalar isə yaxşı heç nə vəd etmir. Belə toplantılar həmrəyliyi pozur, insanların düşüncəsini azdırır».

elcin-shixli1“Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı da hesab edir ki, belə hərəkət siyasi mübarizə prinsiplərinə ziddir:

«Mən bu cür siyasi mübarizənin tam əleyhinəyəm. Kiminsə evinin qarşısına yıgışmaq, şüar səsləndirmək olmaz. Axırıncı dəfə Əkrəm Əylislinin evinin qarşısında toplaşıb kitablarını yandırırdılar. Ümumiyyətlə, mənim bu cür toplantılara münasibətim yaxşı deyil».

«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə bu aksiyaların hakimiyyətin öz əleyhinə olduğunu qeyd edir:arif_eliyev

«Hakimiyyət piarçılarının növbəti dəfə keçirdiyi bu tədbir gözlədiklərinin əksinə oldu. Yəni Əli Kərimlinin bəyanatı, Qarabağ məsələsində mövqeyi ilə tanış olmayanlar belə maraqlanıb ki, cəbhədə gərginliyin olduğu, şəhidlərin dəfn edildiyi vaxtda bu cür tədbir keçirməyə səbəb görəsən, nədir?! Hər halda, bu tədbirin AXCP-yə, Əli Kərimliyə mənfi ziyan vurduğunu təsəvvür etmirəm. Bu cür tədbirlərə ona görə mənfi yanaşıram ki, belə həssas anlarda, birliyə, itkilərin ağrısını unutmağa, qələbənin sevincini yaşamağa ehtiyacın olduğu bir vaxtda mənəvi məsələlər önə çıxır. Təəssüf ki, biz burda növbəti bir şantajın şahidi olduq».

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

” Avropa İttifaqı status-kvo ilə razılaşa bilməz “

%d bloqqer bunu bəyənir: