Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
kerimli

Əli Kərimlidən İlham Əliyevin “neft bahalaşsaydı” gözləntisinə reaksiya

Dövlət başçısı İlham Əliyev oktyabrın 22-də Venesuelanın prezidenti Nikolas Maduro ilə Bakıda görüşündən sonra mətbuat konfransında deyib ki, neftin hazırkı qiyməti ixracatçı ölkələrə böyük itkilər yaşadıb. O, vəziyyətdən çıxmaq üçün neftin yenidən bahalaşmasını gözlədiklərini ifadə edib. İ.Əliyev bu istiqamətdə OPEK ölkələrindən gözləntilərini də dilə gətirib.

“Birgə düzgün qərarlar qəbul olunmalıdır və qərarların icrası ilə bağlı çox güclü nəzarət mexanizmi işlənməlidir. Əgər bu olarsa, əminəm ki, yaxın gələcəkdə neftin qiyməti lazımi səviyyəyə qalxmalıdır. O səviyyəyə ki, həm hasilatçı ölkələri, neft kompaniyalarını, eyni zamanda, istehlakçı ölkələri də qane etsin. Yəni burada balans olmalıdır…
Artıq 2 ilə yaxındır ki, dünya bazarlarına neft ixrac edən ölkələr böyük itkilərlə üzləşiblər. O ölkələrin, o cümlədən, Azərbaycanın gəlirləri azalır və bu, ədalətli deyil. Bu ədalət bərpa edilməlidir”, – deyə ölkə başçısı qeyd edib.

AXCP sədri Əli Kərimli ölkə başçısının bu açıqlamasına özünün feysbuk səhifəsində münasibət bildirib. Ə.Kərimli bu mövqeni avtoritar dövlət başçısının asan gəlirə aludəçiliyi kimi izah edib. AXCP sədri yazıb:

“Nə oldu, pambıqçılıqdan bir şey alınmadı? Velosiped düzəltməklə dünya bazarına çıxası olmadıq? Bəs Naz-Lifanla sənaye dövləti olacaqdıq? İlham Əliyev deyildi deyən ki, “nefti unudun”?
Dünyanın avtoritar dövlət başçılarını həm də asan əldə olunan neft pullarına xüsusi sevgi birləşdirir. Başqa iş bacarmırlar axı. İndi 1 milyon insanın küçələrdə istefasını tələb etdiyi Venesuela prezidenti Maduranın da, İlham Əliyevin də son ümidi yenidən neft pullarıdır. Hələ də ümidlidirlər ki, neftin qiyməti qalxar və bunlar da heç nə etmədən, neftdən gələn milyardlarla hakimiyyətlərini qoruyarlar, üstəlik həmin milyardların bir hissəsini də xalqı əsarətdə saxlamağa sərf edərlər. Xalqımız elə belə deməyib ki, “dostunu göstər, deyim kimsən”.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Əliyev Xorvatiya prezidentini qarşıladı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: