Loading...
Loading...

Əli Kərimli:”Biz istisnasız olaraq dinc mübarizənin tərəfdarıyıq”

Hakimiyyət Milli Şuranın 11 sentyabra təyin etdiyi mitinqdən ciddi ehtiyatlanıb.

24saat.org saytı xəbər verir ki, bu sözləri AXCP sədri Əli Kərimli facebook səhifəsində paylaşıb. Cənab Kərimli daha sonra bunları bildirib:

Mitinq qərarının sosial şəbəkәlərdə geniş yayılması və 10 minlərlə insan tərəfindən təqdir olunması iqtidarı çox ciddi narahat edib. Bizi әvvəlcə Nardaran hadisələrinə, sonra Fətullah Gülənə bağlamaq istəyənlər indi də Qərb ölkələrinin köməyilə iğtişaş yaratmaqda ittiham edirlər. Həqiqətən də sərsəmləməyin həddi yox imiş. Nəinki hökumət, ölkədə balaca uşaqlar da bilir ki, biz istisnasız olaraq dinc mübarizənin tərəfdarıyıq, demokratiya uğrunda demokratik yollarla mübarizə aparan qüvvəyik. Dinc mübarizə ilə də bir gün bu hakimiyyәti məğlub edəcəyimizə şübhəmiz yoxdur. Hakimiyyət də bunu bildiyindən 11 sentyabr mitinqinə mane olmağa çalışır. Bir tərəfdən televiziyaları da cəlb etməklə mitinqə, Milli Şuraya qarşı qara piar kampaniyası aparır, digər tərəfdən də mitinqin keçirilməsinə rəsmi razılıq verməyi ləngidir. Qanunla dünənə qədər mitinqə razılıq verilməli idi. Bu gün də cavab vermədilər, günün sonunda isə İcra Hakimiyyəti rəsmiləri jurnalistlərə cavab verməmək üçün telefonlarını da söndürdülər. Hər şeyi edirlər ki, Milli Şuranın mitinqinin kütləviliyinə mane olsunlar. Eybi yox, hər pis işin mütləq yaxşı bir tərəfi də var. Xalqımız gördü ki, dillərində zəif, hətta bəzən yox saydıqları müxalifətdən əslində qorxurlar. Daha doğrusu, xalqın kütləvi şəkildə müxalifətin elan etdiyi mitinqlərə qoşulacağından qorxurlar. Bəs siz, əziz həmvətənlər, sizi illər uzunu narahat edənləri narahat etmək istəmirsiniz? İstəmirsiniz ki, bu ölkədə də sadə vətəndaş hakimiyyət tərəfindən sayılsın, iqtidar xalqın dinc, lakin kütləvi etirazından ehtiyatlanıb, nəhayət korrupsiya və monopoliyadan imtina edib real islahatlara başlasın? İstəyirsinizsə, 11 sentyabr mitinqinə mütləq qatılın!

24saat.org

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Türkiyənin yeni səfiri Azərbaycana oktyabrda gələcək

Loading...
%d bloqqer bunu bəyənir: