Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Əli Kərimli: “Xalqı aktiv siyasi mübarizəyə səsləyirik” – ÖZƏL

Hökumət dövlət şirkətlərinin xarici borclarını vətəndaşların hesabına ödəmək fikrindədir

“Enerjinin qiymətinin bahalaşması cəmiyyətdə gərginliyi artıracaq”

Elektrik enerjisinin satış qiymətinin bahalaşması cəmiyyətdə ciddi narazılıqla qarşılanmaqdadır. Bəzi siyasi ekspertlər hesab edir ki, kommunal xərclərin sürətlə bahalaşması sosial partlayış təhlükəsini artırır ki, bu da arzuedilməz olaylara yol aça, ciddi qarşıdurmalar, toqquşmalarla nəticələnə bilər.
Maraqlıdır, kommunal xərclərin bahalaşması sosial partlayışları tətikləyə bilərmi? Müxalifətin cəmiyyətdəki narazılığı nəzərə alaraq aksiya keçirməsi məqsədəuyğudurmu?
Bununla bağlı 24saat.org saytının suallarına cavab verən AXCP sədri Əli Kərimli kommunal xidmət xərclərinin bahalaşmasının cəmiyyətdəki gərginliyi artıracağını vurğuladı:
“Son qiymət artımı bir daha göstərdi ki, hökumətin hər hansı islahat həyata keçirmək, iqtisadiyyatda yeni açılımlara getmək fikri yoxdur. Hökumət dövlət şirkətlərinin xarici borclarını vətəndaşların hesabına vermək fikrindədir. Təbii ki, bu, Azərbaycan vətəndaşları üzərində ağır bir yükdür. Son bahalaşma ilə elektrik enerjisinin qiyməti 17% artıb və bu, bütün başqa qiymətlərin qalxmasına səbəb olacaq. Bu isə ölkədə gərginliyi artıracaq.
Biz sosial partlayışın əleyhinəyik. Lakin hökumət də başa düşməlidir ki, onlar xalqa başqa heç bir yol saxlamırlar. Ona görə də biz xalqı mütəmadi olaraq aktiv siyasi mübarizəyə səsləyirik. Onları təşkilatlanmağa səsləyirik.
Hal-hazırda bu iyul günlərində mitinq keçirmək planımız yoxdur. Amma geniş mənada yaxın aylarda belə bir plan ola bilər. Biz xalqımızın ovqatına baxacayıq. İnsanlarımızda kütləvi aksiyalara nə zaman tələbat hiss etsək, o zaman AXCP olaraq, Milli Şura olaraq müvafiq qərarı verə bilərik”.

Seymur Əliyev

24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Prezident yeni qurum yaratdı – Maliyyə Sabitliyi Şurası

%d bloqqer bunu bəyənir: