Loading...
Loading...

Əli Kərimli və Cəmil Həsənlidən “Meydan” TV-yə dəstək

Liderlər son günlər “Meydan” TV-yə qarşı artan basqıları pisləyib və Azərbaycan hakimiyyətindən azad mətbuata qarşı hücumları dayandırmağı tələb ediblər.

AXCP sədri Əli Kərimli: “Meydan tv” – nin 15 nəfər əməkdaşına qarşı bir neçə maddə ilə cinayət işi açılıbmış. Məqsəd bu müstəqil media qurumunu susdurmaqdır. Məqalə yazmağın, reportaj hazırlamağın, sual verməyin cinayət sayıldığı dövlətdə inkişaf ola bilməz. “Azərbaycan saatı” televiziyasını susdurmaq məqsədilə bu proqramın qurucusu Qənimət Zahidin qohumlarının həbs edilməsinə, “Meydan tv”-nin susdurulması üçün “Meydan tv” –nin qurucusu Emin Millinin qaynının həbs edilməsinə, qayınatasının öz yeznəsindən imtinaya məcbur edilməsinə, “Meydan tv”-nin redaktoru Günel Mövludun qardaşlarının həbs edilməsinə, anasının qızından imtinaya məcbur edilməsinə bir millət olaraq seyrçi qalmamalıyıq! Hər birinizi bacardığınız qədər bu feodal tipli idarəetməyə dinc etiraza, susmamağa çağırıram!

Milli Şuranın sədri Cəmil Həsənli: Dostlar! Hakimiyyət çoxdandır ki, Meytan.tv internet resursuna qarşı total təqib kampaniyasına başlayıb. Bu günlərdə məlum oldu ki, bu qurumla əməkdaşlıq edən 15 jurnalistin adı Meydan.tv ilə bağlı başlanmış cinayət işində keçir. Meydan.tv-yə keçmiş vicdan məhbusu və bloger Emin Milli rəhbərlik edir. Onun qaynı Nazim Ağabəyovla bağlı quraşdırılmış narkotika işi Azərbaycan hakimiyyətinin ənənəvi iş üsuludur. Qurumun əməkdaşı Günel Mövludun qardaşları da narkotika ittihamla həbs edilib. Kütləvi hal aldığı üçün həmin maddə xalq arasında “milli maddə” kimi tövsif edilir. Qəribədir, repressiyaların və qanunsuzluğun tüğyan etdiyi Stalın terror dövründə belə Sovet hüquq sistemi bu ittihamdan imtina etmişdi. Yəni Sovet hökuməti kimi anti-bəşəri, anti-hümanist bir hakimiyyət vətəndaşının cibinə narkotika qoymağı öz ləyaqətini sığışdırmırdı. Sizə maraqlı bir fakt deyim: antisovet fikirlərinə və fəaliyyətinə görə 1958-ci ildə vaxtilə Cənubi Azərbaycan milli hökumətinin Maarif naziri işləmiş tanınmış şair Məhəmməd Biriyanı Bakıda həbs etmək üçün müxtəlif yollar axtarılırdı. Moskva və Bakı KQB-si 3 ay yazışdılar ki, onu necə həbs etsinlər. İrandan gəlməsinə və qəlyan çəkməsinə baxmayaraq heç kimin ağlına gəmədi ki, şair Biriyanın cibinə narkotika atsınlar. Nəhayət, uzun müzakirələrdən sonra onun antisovet şeirlərini çoxaldıb “Tarqovi” küçəsinin adam gur olan yerində cibinə qoydular və bu halı şahid ifadələri ilə aktlaşdırıb Biriyanı həbs etdilər. Biz müstəqi olandan sonra artıq belə mədəni üsullara ehtiyac duyulmur. Hər kəsin ətrafında bir narkotika kabusu dolanır. Hərdəm silahla da onu əvəz edirlər. Şübhəsiz ki, Meydan.tv və ictimai əsaslarla bu qurumla əməkdaşlıq edən jurnalistlər peşə fəaliyyətinə görə təqib edilirlər. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər İdarəsində “Meydan TV”nin “vəzifəli şəxsləri”nə qarşı külli miqdarda vergidən yayınma maddəsi ilə cinayət işi açılıb. Monqol imperiyasında vergiyığanlara tarxanlar deyirdilər. Təzadlar ölkəsində yaşayırıq. Bir tərəfdən ölkənin baş tarxanı Fazil Məmmədovun adı Panama sənədlərindən çıxır, digər tərəfdən Meydan.tv-ilə əməkdaşlıq edən 15 jurnalist “külli miqdarda vergidən yayınma” ittihamı ilə mühakimə edilir.

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Moskvanın Qarabağ planı AÇIQLANDI – DETALLAR

Loading...
%d bloqqer bunu bəyənir: