Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Əli Kərimli İlham Əliyevin referendum istəyinə qarşı

Bu gün Prezident İlham Əliyev “Azərbaycanan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktını Konstitusiya Məhkəməsinə təqdim edib. Bundan sonra AXCP sədri Əli Kərimli sosial şəbəkələrdə #‎etirazedirem‬ haştaqı altında fikirlərini paylaşıb. 24saat.org saytı olaraq həmin statusu təqdim edirik:

İlham Əliyevin prezidentlik müddətini 5 ildən 7 ilə qaldırmaq, özünə hakimiyyətini istədiyi vaxt ötürə biləcəyi birinci vitse-prezident təyin etmək, prezident seçilmək üçün 35 yaş məhdudiyyətini ləğv etmək istəyi ölkədə de-fakto mövcud olan qeyri-məhdud ailə hakimiyyətini konstitusiyalaşdırmaq cəhdidir.

Əvvəllər bunu edirdilər, amma qanuna salmağa utanırdılar. İndi daha utanmırlar. Cümhuriyyətimizin quruluşunun 99-cu ilində ölkəmizdə ömürlük hakimiyyəti, ailə hakimiyyətini “qanuniləşdirmək” cəhdi xalqa qarşı təhqirdir. Xalq olaraq toparlanmalıyıq, heç şübhəsiz ki, bu referendum oyununa ciddi etiraz etməliyik. Qabağa düşmək, etirazları təşkil etmək bizdən, iştirak etmək, dəstək vermək hamımızdan! Millətcə toparlanmaq zamanıdır! ‪#‎etirazedirem‬

AXCP sədrinin bu açıqlaması qısa müddət ərzində sosial şəbəkələrdə trend olmağı bacarıb. Statusu bəyənənlərin əksəriyyəti #mitinqolsun haştaqı ilə Əli Kərimliyə dəsətək verib.

24saat.org

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Eynulla Fətullayevdən ermənilərə daha bir ötürmə

%d bloqqer bunu bəyənir: