Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Əli Kərimli: “Hətta hökumət özü bütövlükdə siyasətlə məşğul olmur”

“Heç nə veclərinə deyil”

“Bəzi dostlar da narahatdır ki, millətin bir hissəsi qorxudulub, aldadılıb və daha siyasətlə məşğul olmur. İndi təsdiq olunur ki, nəinki millətin bir hissəsi, hətta hökumət özü bütövlükdə siyasətlə məşğul olmur”.

24saat.org-un xəbərinə görə, bunu AXCP lideri Əli Kərimli açıqlayıb.

Partiya sədrinin sözlərinə görə, nə çörəyin qiymətinin qalxması, nə səhiyyə və təhsilin məhv edilməsi veclərinədir, nə də bank sisteminin çöküşü, tikinti sektorunun iflası, manatın hər gün davam edən devalvasiyası narahat edir: “Adamlar əsasən 3 işlə məşğuldurlar: Daha nələri ələ keçirmək, talamaq mümkünsə, ələ keçirmək, talamaq.

Ölkənin ümumi gəlirləri azaldığı üçün rəqibləri “yeyib”, sıradan çıxarmaqla, mafiyanın sərvətlərini yenidən bölmək. Vintləri sıxmaq, azadlıqları daha da məhdudlaşdırmaq ki, bu əcaib duruma heç kim etiraz edə bilməsin.

Nə vaxta qədər ki, biz vətəndaş olub, hökumətdən məsuliyyət tələb edə bilmirik, hökumət də o vaxta qədər siyasətlə məşğul olmayıb, talanını davam etdirəcək”.

24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Millət vəkillərindən FETÖ-çuluqda ittiham olunan alimimizə dəstək

%d bloqqer bunu bəyənir: