Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Əli İnsanovun yaxın zamanlarda azadlığa çıxacağından xəbərdarıq”

Oktyabr ayında azadlığa çıxacağı gözlənilən eks səhiyyə naziri Əli İnsanovun həbsdən çıxdıqdan sorakı fəaliyyəti maraq doğurur. Əli İnsanov həbs olunanda onun müdafiəsinə qalxmış Qərbi Azərbaycana Qayıdış təşkilatı hazırda Əli İnsanovun azadlığa çıxmasını necə qarşılayacaq?

Bir vaxtlar qurumun idarəçisi olmuş şəxslərdən biri Moderator.az-a açıqlamasında bildirib ki, Qərbi Azərbaycana Qayıdış təşkilatı demək olar ki, formal olaraq fəaliyyət göstərir:

“Bizim qurum hazırda formal olaraq qalıb. Əli İnsanovun yaxın zamanlarda azadlığa çıxacağından xəbərdarıq. Biz qurum olaraq Əli İnsanovla birgə hər hansısa aktiv siyasi fəaliyyətə qoşulmaq fikrindən uzağıq. Məndə olan məlumatlara görə, Əli müəllimin də belə bir iddiaları yoxdur. Əli İnsanov 10 ildən artıqdır ki, həbs həyatı yaşayıb. Yəqin ki, oradan çıxdaqdan sonra adaptasiya və sağlamlığı ilə məşğul olacaq”.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

DTX-nın emblemi təsdiq edildi – FOTO

%d bloqqer bunu bəyənir: