Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Əli Həsənovun qanunlar haqqında yenidən xatırlatma etməyinin mənası yoxdur”

Elçin Şıxlı: “Dezinformasiya yazan saytları maliyyələşdirən elə vəzifəli şəxslərin özüdür”

Azərbaycan Respublikası prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ötən ilin noyabr ayında KİV-lərdə dezinformasiya hallarının sayının çoxaldığı ilə bağlı narahatlığını bildirmiş, bundan sonra yalan məlumat yayn media orqanlarının ciddi şəkildə cəalandırılacağını elan etmişdir. Lakin ötən ilin sonundan bu günə kimi media məlkanında yer alan dezinformasiyalarla bağlı heç bir media orqanı məsuliyyətə cəlb edilməyib.
Maraqlıdır, yalan informasiyalarla ictimai rəyi çaşdıran media orqanlarının məsuliyyətə cəlb edilməməsi nə ilə bağlıdır? Bu sahədəki susqunluq müəyyən dezinformasiyaların yayılmasında bəzi məmurların özünün maraqlı olması, bu işin məmur kontingentinin xeyir-duası ilə həyata keçirildiyinin isbatı sayıla bilərmi?
Bununla bağlı 24saat.org-a açıqlama verən fəaliyyətini dayandıran “Ayna”-“Zerkalo” qəzetlərinin baş redaktoru, media eksperti Elçin Şıxlı maraqlı fikirlər səsləndirib:
“Mən dəfələrlə söyləmişəm ki, ölkədə qanunlar var və bu qanunlar işləməlidir. Əli Həsənovun qanunlar haqqında yenidən xatırlatma etməyinin mənası yoxdur. Çünki qanun qanundur. Qanun ya işləyir, ya işləmir. Ikincisi, görünür dezinformasiya xarakterli yazı getməyib. Bunlar ehtimaldır. Üçüncüsü, məmurlar haqqında dezinformasiya, yalan, böhtan yazan saytları maliyyələşdirən elə vəzifəli şəxslərin özüdür. Birinin 5, birinin 2, digərinin 4 media orqanı var. Hansısa məqamda, kiminsə kimdənsə xoşu gəlməyəndə, ondan qisas almaq istəyəndə öz maliyyələşdirdiyi media orqanlarına tapşırıq verir və lazımi informasiya ötürür. Həmin media orqanları da bu informasiyanı çap edir.
Rəəssüflər olsun ki, bizdə media qurumları müstəqil deyil. Müstəqil olmamalarının səbəbi isə onların maliyyə asılılığıdır. Bu media orqanları onları maliyyələşdirən şəxs və qurumların marağını qoruyur”.

Seymur Əliyev

24saat.org

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

“Azəriqaz” İB-dən Abşeron sakinlərinə “Ramazan hədiyyəsi”

%d bloqqer bunu bəyənir: