Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Əli Həsənovdan sərt Qarabağ açıqlaması

«Bəzi media orqanları Dağlıq Qarabağ münaqişəsinə sivilizasiyaların toqquşması və «xristian qardaşlığı» kontekstində yanaşırlar».

«Report»un xəbərinə görə, bunu prezidentin köməkçisi Əli Həsənov BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda mətbuatda zorakı ekstremizmin təbliği mövzusunda keçirilən iclasda deyib.

Ə.Həsənov qeyd edib ki, münaqişənin təsirinə məruz qalmış bir çox ölkələrdə media yanlış istiqamətə yönəldilir:

«Bəzi hallarda bu, siyasi rejimlər tərəfindən edilir. Bəzi hallarda da bu, qeyri-peşəkarlığın nəticəsi kimi qiymətləndirilə bilər. Son 20 ildə baş verən münaqişələrlə bağlı media orqanlarında fərqli baxışları müşahidə edirik. Bəzi media orqanları Dağlıq Qarabağ münaqişəsinə sivilizasiyaların toqquşması və «xristian qardaşlığı» kontekstində yanaşırlar. Biz burada işğalçıya bəraət qazandırmaq cəhdlərini görürük. Burada münaqişənin təşəbbüskarı «qurban» kimi təqdim edilir. Ermənistan mediası türkfobiya təbliğatı aparır».

azadliq.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Ermənistan Rusiyadan yeni silahlar almaq niyyətindədir

%d bloqqer bunu bəyənir: