Loading...
Loading...
eli-hesenov

Əli Həsənov Türkiyəyə səfərinin gizli səbəbi

Ölkə başçısının köməkçisinə FETÖ ilə bağlı yeni siyahı təqdim olunduğu ehtimal edilir

Ölkə başçısı İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyədə səfərdədir.

Bu barədə məlumatı AZƏRTAC yayıb. Məlumatda deyilir ki, ölkə başçısının tapşırığı ilə Türkiyəyə gedən Əli Həsənov səfər çərçivəsində bu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında bir sıra məsələlər, o cümlədən ictimai-siyasi sahədə əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb.

Türkiyə və Azərbaycan diasporlarının mütəşəkkil və birgə fəaliyyətinin təmin olunması istiqamətində yeni strategiyanın müəyyənləşdirilməsi ilə əlaqədar məsələlərə diqqət yetirilib.

Söhbət zamanı Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin yeni müstəviyə qaldırılması, əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

Ekspertlər isə hesab edir ki, Əli Həsənovun Türkiyə səfəri həm də “Gülən məsələsi” ilə bağlı ola bilər. Məlumat üçün deyək ki, Əli Həsənov hakimiyyətdəki “gülənçilər”ə qarşı mənfi münasibəti ilə seçilir. İddialara görə, hələ bir neçə il əvvəl hakimiyyət daxilində başlanan “nurçu qalmaqalı”nda bu şəbəkənin bir neçə üzvünün sıradan çıxarılmasında Əli Həsənovun da rolu olub.

Ekspertlər ehtimal edir ki, prezidentin köməkçisi bu səfərdən yeni siyahı ilə qayıda bilər: “Türkiyədəki hərbi çevrilişə cəhddən sonra Ankara Azərbaycanın dövlət strukturlarına sızmış “gülənçilər”in sıradan çıxarılmasında israr edir. Hətta bildirilir ki, bununla bağlı Azərbaycan hakimiyyətinə konkret siyahı təqdim olunub. Hakimiyyət isə prosesə referendumdan sonra başlayacağı barədə vəd verib. Artıq referendum arxada qalıb. Görünür, bu məsələ yenidən gündəmə gəlib və Ankara Bakının hansı tədbirlər gördüyü ilə maraqlanır. Əli Həsənovun Türkiyə səfərində bu məsələnin də ciddi müzakirə olunduğu istisna deyil. Hətta mümkündür ki, prezidentin köməkçisinə yeni siyahı təqdim olunub”.

Ekspertlər Əli Həsənovun Türkiyə səfəri ərəfəsində Qaradağ rayonunda “nurçu əməliyyatı”nın keçirilməsini də təsadüfi saymır

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

İşğalçının təhlükəli strategiyası -Düşmən müharibəni seçir…

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: