Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Əli Həsənov niyə narahatdır?

Konstutusiyaya dəyişikliklərlə bağlı sentybarın 26-na təyin edilən referendumdan sonra hakimiyyət daxilində “Gülən əməliyyatı”na başlanacağı barədə məlumat vermişdik. Artıq yazdıqlarımız təsdiqini tapmamaqdadır. Son günlər ölkədə referendumdan sonrakı əməliyyata hazıqlığın simptompları görünür. Əlbəttə, söhbət müxalifətçilərin “Gülən hərəkatı”nın üzvü kimi həbsindən getmir.

Söhbət hakimiyyət daxilində “gülənçi” axtarışı ilə bağlı hərəkətlənmədən gedir. Hökumətə yaxın media yazır ki, Fətullah Gülənin Azərbaycandakı imamı ölkəni tərk edib. Onların yazdığına görə, bu, əvvəllər Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsində işləyən, sonradan postunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri vəzifəsinə dəyişmək məcburiyyıtində qalan Elnur Aslanovdur. Həmin media keçmiş deputat Ceyhun Osmanlının da oxşar addım atdığını iddia edir. Həmçinin mediada bəzi hökumətyönlü şəxslər “gülənçilər”lə əlaqədə ittiham olunur.

Bütün bunlar qarşıda gözlənilən əməliyyatın miqyasını təsəvvür etməyə yardım edir.

24saat.org-a daxil olan yeni məlumata görə, hakimiyyətdaxili qruplaşmalar bu məsələdən bir-birlərinə qarşı da istifadə edirlər. Və bunun nəticəsi olaraq bəzi məmurların bundan açıq narahatlı1 keçirdiyini mediada sezməmək mümkün deyil. Görünür, heç bir məmur bu kartla vurulmaq istəmir, amma belə bir təhlükənin mövcudluğunu da qəbul edir.

Əldə etdiyimiz məlumatda bildirilir ki, elə dünən prezidentin köməkçisi Əli Həsənova yaxınlığı ilə seçilən media və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir də bu narahatlığın təzahürüdür. Halbuki Əli Həsənov hakimiyyətdə birinci bu məsələni qabardanlar və subyektiv səbəblərdən hər zaman Gülən imperiyasına qarşı çıxanlar sırasındadır. Bir neçə il əvvəl baş verən “nurçu qalmaqalı”nda “gülənçilər”ə müharibə edən də məhz o idi. Amma bununla belə, özü də “nurçu” ittihamı ilə üz-üzə idi. Görünür, Əli Həsənov bir neçə il əvvəl özünə qarşı baş verənlərin təkrarlanmaması üçün bu dəfə hamını qabağlamağı düşünüb.

Elə bu səbəbdəndir ki, hazırda cənab Həsənova yaxın media qruluşlarında onun anti-gülən savaşı qabardılmaqdadır.

Bütün bunlar isə deməyə əsas verir ki, hazırda hakim komandanın başı təkcə Eldar Mahmudova yaxın və uzaqlıq məsələsi ilə “vurula” bilməklə yanaşı, həm də Gülən faktoru ilə sıradan çıxarılmaq təhlükəsini sovuşdurmağa qarışıb. Başqa sözlə, qarşıdan gələn referendum bütün hallarda onsuz da monolit olmayan hakimiyyət düşərgəsini ən azı 3 hissəyə böləcək. Bu isə, YAP iqtidarının ciddi “qan itkisi” ilə nəticələnəcək.

24saat.org

 

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Mehman Muradlı: “Məhkəmə “AXCP vəsiqələrini” sübut kimi qəbul etməyib”

%d bloqqer bunu bəyənir: