Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Əli Həsənov beynəlxalq birliyə səsləndi

«Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu, bu quruma üzv dövlətlər Ermənistan silahlı birləşmələrinin Azərbaycanın yaşayış məntəqələrini ağır silahlarla atəşə tutmasına və dinc sakinlərin həlak olmasına münasibət bildirməyiblər».

Bu sözləri Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov APA-ya  deyib.

Ə.Həsənov aprelin əvvəlində müşahidə olunan gərginlik zamanı reaksiyaların fərqli olduğunu qeyd edib:

«Halbuki, aprelin əvvəlində Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan bəzi əraziləri azad etməsi əksər beynəlxalq təşkilatların, dövlətlərin çevik reaksiyasına səbəb oldu. Bütün müraciətlər və bəyanatlarda hərbi əməliyyatların dayandırılması, atəşkəsin bərpa olunması ilə bağlı fikirlər səsləndirildi»

Əli Həsənov  bildirib ki, beynəlxalq qurumların susqunluğu münaqişənin həllində mövcud status-kvonun qorunub saxlanmasına xidmət edir.

O, Azərbaycana qarşı ikili standartların ən açıq formada tətbiq olunduğunu ifadə edib.

«Beynəlxalq birlik Ermənistanın dinc azərbaycanlı əhaliyə qarşı yönəlmiş bu addımlarına son qoyulmasından ötürü qətiyyətli tədbirlər görməlidirlər. Azərbaycan Ermənistanın növbəti təxribatlarına, yaşayış məntəqələrinin dağıdılmasına, dinc sakinlərin qətlə yetirilməsinə dözmək niyyətində deyil. Beynəlxalq ictimaiyyət bundan sonra da susqunluğunu davam etdirəcəyi təqdirdə, Azərbaycan dinc əhalini müdafiə etmək və təxribatlara son qoymaq məqsədi ilə qətiyyətli tədbirlər görməyə məcbur olacaq. Bundan sonra yaranmış vəziyyətin məsuliyyəti bilavasitə Ermənistanın və onun təxribatlarını susqunluqla qarşılayanların üzərinə düşəcəkdir» – deyə Əli Həsənov qeyd edib.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

İlham Əliyev Rusiyadakı konsulları geri çağırdı

%d bloqqer bunu bəyənir: