Loading...
Loading...
abbasov-zeynalov

Əli Abbasov Vidadi Zeynalovdan qorxduğu üçün vəzifəsindən azad edilib – ŞOK İDDİA

Son günlərin əsas müzakirə mövzularından biri keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun “rabitə işi” ilə bağlı istintaqa verdiyi ifadədir. Keçmiş nazirin istintaqa ifadəsindən məlum olur ki, onun şəxsi xərcləri aylıq 200-300 min manat təşkil edirmiş. Sosial şəbəkələrdə rezonasa və müzakirələrə səbəb olan da Əli Abbasovun məhz bu fikirləridir.

24saat.org-un bu mövzuda yayımladığı yazıda qeyd olunurdu ki, Əli Abbasov nazir kimi bu məbləğdən 10 dəfələrlə az maaş alıb. Məmur olduğuna görə isə bizneslə məşğul olması qanunla qadağan olub. Bu halda keçmiş nazirin korrupsiyaya bulaşdığı barədə şübhələr yaranır. Lakin mövzumuz bu deyil. Əli Abbasovun hansı mənbələr hesabına şəxsi xərclərinə ayda 200-300 min manat sərf etməsini araşdırmaq hüquq-mühafizə orqanlarının işidir.

Bu yazıda Əli Abbasovun işdən çıxarılmasının bəzi təfərrüatları barədə məlumat verəcəyik.

Saytımızın elektron ünvanına daxil olan məlumatda bildirilir ki, MTN-dəki şəbəkə ifşa ediləndən sonra məlum olub ki, Eldar Mahmudov və dəstəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini demək olar ki, ələ keçiribmiş. Əli Abbasovdan rəhbər qeyri-rəsmi dindirmə zamanı onun nədən nəzarəti əldən verdiyi, tabeliyində olan şəxslərin, xüsusilə nazirliyin keçmiş aparat rəhbəri Vidadi Zeynalovla, Eldar Mahmudovun qohumu Bakı Rabitə Telefon İstehsalat Birliyinin keçmiş rəisi Beytulla Hüseynovun əməllərinə göz yumması barədə izahat istənilib. Əli Abbasov isə bu şəxslərə gücü çatmadığını, onlardan ehtiyat etdiyini bildirib. Bu izahat istənilərkən Vidadi Zeynalovla Beytulla Hüseynov artıq həbs olunsalar da, Əli Abbasov hələ nazir vəzifəsindəymiş. Bildirilir ki, “rabitə işi” ilə bağlı prezident İlham Əliyevə məruzə edilərkən Əli Abbasovun yuxarıda qeyd edilən fikirləri də diqqətə çatdırılıb.

Əli Abbasovun tabeliyində olan şəxslərdən qorxmasını dilə gətirməsi İlham Əliyevi daha da qəzəbləndirib və prezident dərhal onun işdən çıxarılması barədə sərəncam imzalayıb.

24saat.org

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

“Məni öldürəcəklər, çünki yaşamağım çoxlarına sərf etmir”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: