Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
eli-abbasov-300-min

Əli Abbasov həbs edilə bilər

Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov həbs oluna bilər. Əli Abbasovun istintaqa ifadəsinin yayılması və bununla paralel Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan, keçmiş aparat rəhbəri Vidadi Zeynalovun vəkili Bəylər Məmişovun məhkəmədəki açıqlamaları sabiq nazirin həbsinə hazırlıq mərhələsi hesab etmək olar.

Əli Abbasovun istintaqa ifadəsindən məlum olur ki, onun aylıq xərci 200-300 min manat təşkil edirmiş. Azərbaycanda ən yüksək əmək haqqı prezident üçün kəsilib: 19 min manat. Əli Abbasov nazir kimi bundan qat-qat aşağı əmək haqqı alıb. Bu halda onun hər ay 200-300 min manat xərcləməsi keçmişin nazirin korrupsiya ilə məşğul olduğuna şübhələri artırır.

Digər tərəfdən Bəylər Məmişov Vidadi Zeynalovun məhkəməsində bəyan edib ki, Əli Abbasov istintaqda dindirilib və daha sonra rəsmi şəkildə 6 milyon 836 min manat pul ödəyib.

Həm ifadənin ictimailəşdirilməsi, həm də Bəylər Məmişovun açıqlaması ictimaiyyətdə ciddi müzakirə mövzusuna çevrilib. Müzakirələrdə Əli Abbasovun bu pulları korrupsiya yolu ilə qazandığı qırmızı xətlə keçir.

Bu qənaətə gəlmək üçün Amerika kəşf etməyə ehtiyac yoxdur. Əli Abbasov nazir maaşı ilə bu qədər pul toplaya bilməz. Məmur olduğu üçün onun biznes fəaliyyətilə məşğul olması da yasaqdır. Deməli, ortada cinayət əməli var və bu qənaət Əli Abbasovun həbsini şərtləndirə bilər.
Məlumat üçün deyək ki, Rabitə və YüksəkTexnologiyalar Nazirliyinin yüksək vəzifəli şəxsləri korrupsiya ittihamı ilə həbs edilib. Lakin hansısa səbəbdən Əli Abbasov məsuliyyətdən kənarda qalıb. O da mümkündür ki, Əli Abbasovun həbsində maraqlı olan qüvvələr var və onlar ən müxtəlif vasitələrlə keçmiş nazirin həbsinə nail olmaq istəyirlər.

İstənilən halda Əli Abbasovun ifadəsindən və Bəylər Məmişovun açıqlamaları keçmiş nazirin həbsi üçün sayıla bilər.

24saat.org

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

“AZAL prezidenti azərbaycanca danışa bilmirsə..” – Qulu Məhərrəmli

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: