Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Əli Əhmədov baş nazir gətirilir

Artur Rəsizadə vəzifəsindən yola salınır

Əldə etdiyimiz məlumata görə bu ilin sonunadək üçün indiki baş nazir Artur Rəsizadə vəzifəsindən yola salınacaq. Faktiki olara 80 yaşlı kabinet rəhbəri həm yaşlı, həm də xəstə olması səbəbindən öz vəzifəsini icea edə bilmir. Onun bu vəzifəyə yenidən 09 oktyabr 2013- cü il seçkilərindən sonra təyin edilməsi hakimiyyət daxili gücləri bir müddət neytrallaşdırmaq üçün atılmış zəruri addım idi. İndi isə situasiya dəyişib. Belə ki, 24saat.orgu bilgiləndirən mənbənin sözlərinə görə, bir tərəfdən hakimiyyət daxilində kövrək də olsa nisbi sabitliyin əldə edilməsi, digər tərəfdən isə daha çevik baş nazirə ehtiyac yaranması A.Rasizadənin vəzifədən getməsini labüdləşdirib.

Yeri gəlmişkən qeyd edək ki, sözü gedən baş nazirin hələ 09 oktybar seçkilərindən sonra yola salınması üçün bəzi tədbirlər görülmüşdü. Ona müvafiq təşəkkürün elan edilməsi və təm- taraqlı yola salınması üçün dövlət başçısı adından ziyafət də nəzərdə tutulubmuş. Hətta ziyafətin keçiriləcəyi məkan və qonaqlar da müəyyənləşibmiş. Amma yuxarıda qeyd etdiyimiz kimi son anda qərar dəyişdirilib və baş nazirin yola salınması ertələnib. Artıq vaxt yetişib və YAP iqtidarının Artur müəllimlə vidalaşmaq zamanı gəlib çatıb.

Hazırda çoxlarını düşündürən sual Artur Rəsizadənin yerinə kimin gətirilməsi ilə bağlı məsələdir. Hakimiyyətdaxili etibarlı mənbələrdən aldığımız məlumata görə yeni baş nazir müəyyən parametrlərinə görə əvvəlkindən fərqlənməyən biri olacaq. Yəni o da A. Rəsizadə kimi iddiasız, arxası və komandası olmayan, eyni zamanda reputasiyası o qədər də ləkəli olmayan məmur olacaq. Artıq həmin şəxs müəyyənləşib. 24saat.org-a daxil olan məlumata görə bu hazırda baş nazirin müavini, əslən Qərbi Azərbaycandan olan Əli Əhmədovdur. Xatırlayırsınızsa Ə. Əhmədov İlham Əliyevin 19 oktybar inauqrasiyasından sonra bu vəzifəyə təyin olunub. Bir çox ekspertlər Əli Əhmədovun gözlənilmədən YAP-ın İcraçı katib vəzifəsindən baş nazirin müavini vəzifəsinə gətirilməsini də məhz bu məqsədə xidmət etdiyi qənaətindədir. Hakimiyyət bu gedişi ilə Artur Rəsizadəni əvəzləməklə yeni simada “köhnə Artur”-u baş nazir etmək, eyni zamanda hakimiyyətdaxili balansı saxlamaq istəyir. Çünki Əli Əhmədov hakimiyyət daxili qrupların hammısından demək olar ki, eyni məsafədə qalan, ailəyə sadiq bir şəxsdir. Digər tərəfdən hakimiyyət bu addımı ilə islahatlar aparmaq və Qərbi Azərbaycanlılara vəzifə vermək görüntüsü yaratmaq istəyir.

Hər şey proseslərin sonrakı gedişindən asılı olacaq. Mövzunu diqqətdə saxlayacayıq.

24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Erməni mərkəzi: “Lələtəpədə 7, şimalda isə 14 hərbi mövqe itirilib”

%d bloqqer bunu bəyənir: