Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
elesger-memmedli

Ələsgər Məmmədli: “Mətbuat Şurasının ona hüquqi bağlılığı olmayan sayta xəbərdarlıq ünvanlaması düzgün deyil”

“Bu qurum üzv olmayan media orqanlarına yalnız tövsiyyə ünvanlaya bilər”

Artıq bir neçə gündür ki, Mətbuat Şurasının saytımıza ünvanladığı xəbərdarlıqla bağlı media ekspertlərinin mövqeyini işıqlandırmaqdayıq. 24saat.org saytı olaraq media hüququ üzrə ekspert Ələsgər Məmmədli ilə söhbətimizdə də Mətbuat Şurasının ona üzv olmayan media orqanına hansı əsasla xəbərdarlıq etməsi məsələsini araşdırmağa çalışdır.

Ə.Məmmədli Mətbuat Şurasının həm çap, həm də elektron media üçün açıq olduğunu bildirsə də, sözügedən qurumun onun üzvü olmayan media qurumuna xəbərdaqlır ünvanlamasını doğru hesab etmədiyini vurğuladı:

“Mətbuat Şurasının üzvləri arasında elektron KİV-lər var. Mətbuat Şurasının nizamnaməsini qəbul etmək hər kəsə açıqdır. Istər qəzet, istərsə də elektron media bu nizamnaməni qəbul edə bilər. Mətbuat Şurasının öz üzvlərinə xəbərdarlıq etmək hüququ var. Amma Mətbuat Şurası ona üzv olmayan media orqanları ilə bağlı yalnız tövsiyyə xarakterli qərarlar verə bilər.

Amma xəbərdarlıq yalnız hüquqi bağlılıqla əlaqədar bir məsələdir. 24saat.org-un Mətbuat Şurası ilə hüquqi bağlılığı yoxdursa, o zaman bu qurumun sayta birbaşa xəbərdarlıq etməsi düzgün deyil.

Mətbuat Şurası ona üzv olmayan media qurumlarına yalnız tövsiyyə ünvanlaya bilər”.

24saat.org

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Akif Çovdarovun Qaraməryəm sərgüzəştləri

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: