Loading...
Loading...

“Əhali arasında itkilər çoxalıb“ – Zakir Həsənov

zakir-hesenov2“Son hadisələr göstərir ki, əhali arasında itkilər çoxalıb”.

Cümhuriyyət.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan prezidentinin yanında Təhlükəsizlik Şurasının aprelin 2-də keçirilən iclasında müdafiə naziri Zakir Həsənov deyib.

“Xəbər verildiyi kimi aprelin 1-dən 2-sinə keçən gecə erməni silahlı qüvvələri müxtəlif istiqamətlərfdən Azərbaycan Sİlahlı Qüvvələrinin mövqelərinə thücuma keçib və yaşayış məntəqələrimizi atəşə tutublar. Bu təxribat xarakterli hücumların nəticəsində hərbi qulluqçularımız qəhrəmancasına həlak olublar. Cavab olaraq Azərbaycan Sİlahlı Qüvvələri bütün istiqamətlərdən əks-hücuma keçərək düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurublar.

Son zamanlar erməni silahlı qüvvələri cəbhə boyu yerləşən ərazilərdə, kəndlərdə təxribatları artırıb, əhaliyə qarşı iriçaplıı silahlardan və artilleriya qurğularından istifadə edib. Son hadisələr göstərir ki, əhali arasında itkilər çoxalıb”, – deyə o bildirib.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Azad olunmuş torpaqlarda son vəziyyət – VİDEO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: