Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Əfv fərmanı gözlənilir

Yaxın zamanlarda növbəti əfv sərəncamının verilməsi gözlənilir.

Bu haqda “Turan”a hüquq müdafiəçisi, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Novella Cəfəroğlu bildirib.

Hüquq müdafiəçisi əfv sərəncamının Ramazan və ya Qurban Bayramında verilə biləcəyini deyib. O, əfv edilməsi gözlənilən şəxslər arasında Real Hərəkatının lideri İlqar Məmmədovu, bloqçuları və Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəallarını göstərib.

“İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu hazırda həbsdə olan siyasilərin, blogerlərin və habelə AXCP üzvlərinin siyahısını hazırlayaıb, Əfv Komissiyasına təqdim edib. Bu siyahıda İlqar Məmmədov və Fuad Qəhrəmanlının da adları da var”, N.Cəfəroğlu bildirib.

O, həmçinin, vurğulayıb ki, sonda kimlərin əfv edilib-edilməməsi qərarını prezident verecək. Prezident İlham Əliyev sonuncu əfv fərmanını bu il martın 17-də verib. Həmin fərman hüqüq müdafiə təşkilatlarının siyasi məhbus hesab etdiyi 15-dən çox şəxsə də şamil edilmişdi.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

İyul ayının qeyri-iş günləri açıqlandı – RƏSMİ

%d bloqqer bunu bəyənir: