Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

ƏDV ləğv edilməyəcək

Səbəb bu gəlirlərin büdcə üçün həyati əhəmiyyət kəsb etməsidir

Son vaxtlar vergi sistemindəki ƏDV-nin ləğv edilməsi ilə bağlı ölkə mediasında müəyyən fikir və açıqlamalar səslənməkdədir. Belə ki, bəzi ictimai-siyasi şəxslər hesab edir ki, ƏDV-lərin ləğvi sahibkarların daha optimal fəaliyyəti üçün imkan yarada bilər.
Bu günlərdə özəl mənbədən 24saat.org- a daxil olan məlumatda ƏDV ilə bağlı ilginc informasiya yer alıb. ƏDV-nin dövlət büdcəsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə diqqət çəkən mənbə, onun ləğv edilməsinin sadəcə mümkün olmadığını bildirib:
“ƏDV-nin nəinki ləğv ediləcəyi, hətta ləğv edilməsinin mümkünlüyü ilə bağlı səslənən fikirlər belə həqiqəti əks etdirmir. Çünki ƏDV-dən əldə edilən gəlir dövlət büdcəsi üçün mühüm əhəmiyyət kəsb edir ki, ƏDV-nin ləğvi büdcəni bu vəsaitdən məhrum etmək deməkdir”.
Mənbənin sözlərinə görə, vergi daxilolmalarının məhz 1/3-i ƏDV-nin payına düşür. Başqa sözlə desək, vergidən büdcəyə illik daxilolmaların miqdarı 7 milyard manatdır ki, bunun da 2,4 milyardı məhz ƏDV-nin payına düşür. Belə olan halda, ƏDV-ni ləğv etmək dövləti milyardlarla manat vəsaitdən məhrum etmək deməkdir ki, bunun da ciddi fəsadlara səbəb olacağı birmənalıdır”.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

SOCAR TANAP və STAR layihələrindən əldə olunacaq gəliri açıqlayıb

%d bloqqer bunu bəyənir: