Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

ƏDV-dən azad edilən xidmətlərin siyahısı genişləndirildi

Milli Məclisin iclasında Vergi Məcəlləsində edilən dəyişiklikyə əsasən, Azərbaycanda əlavə dəyər vergisindən (ƏDV) azad edilən xidmətlərin siyahısı genişləndirilib. Layihə barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. O bildirib ki, dəyişikliyin əsas mahiyyəti odur ki,tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidmətinə görə ƏDV tutulmayacaq. Qeyd edək ki, “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi Məcəllənin 165.1.4-cü maddəsi ilə bağlıdır. Layihə dəqiqləşdirilmə aparılmaqla tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidmətlərindən ƏDV-nin 0 dərəcə ilə tutulması məqsədi ilə hazırlanıb.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Azərbaycanda daha bir bank bağlandı

%d bloqqer bunu bəyənir: