Loading...
Loading...

Ədliyyə naziri Fikrət Məmmədovun oğlu məhkəmələrə təzyiq edir – İDDİA

Azərbaycanda müstəqil məhkəmə hakimiyyətinin olmaması heç kəsə sir deyil. Bunu dünyanın ən nüfuzlu təşkilatları Azərbaycanla bağlı hesabatlarında dəfələrlə bəyan edib. Ancaq bu günlərdə ortaya çıxan bir fakt Azərbaycan məhkəmələrinin nəinki siyasi hakimiyyətin, hətta məmurların, onların övladlarının əlində oyuncaq olduğunu göstərdi. Belə ki, redaksiyamıza müraciət edən Vəkillər Kollegiyasının bir qrup üzvü Azərbaycanın ədliyyə nazirin, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədovun oğlu Fariz Məmmədovun əməllərindən şikayətlənib. Vəkillərin sözlərinə görə, Fariz Məmmədovun rəhbəri olduğu Bakı Hüquq Mərkəzi məhkəmələrə təzyiqlər edərək, bütün iddialarını qəbul etdirir.

Fariz Məmmədovun atasının Məhkəmə-Hüquq Şurasının sədri olması səbəbindən ölkənin məhkəmə hakimləri onun şirkətini təmsil edən vəkillərə “yaşıl işıq” yandırır. Nəticədə isə hüquqları pozulanlar sadə vətəndaşlar olur.

24saat.org

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Naxçıvanda döyüşlər: erməni hərbçi məhv edildi

%d bloqqer bunu bəyənir: