Now Reading:
Ətin qiyməti qalxdı
Full Article 40 second read
Son günlər istehlak bazarında ətin qiymətinin bahalaşması ilə bağlı xəbərlər yayılır.


“Qafqazinfo” xəbər verir ki, alıcılar onlara təklif edilən sümüklü və ya sümüksüz ətin qiymətində 1 manata yaxın bahalaşma olduğunu bildirirlər. Belə ki hazırda sümüklü mal əti 9 manat, sümüksüz isə 11 manata satılır.
“Qafqazinfo” məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevlə əlaqə saxlayıb. O bildirib ki, istehlak bazarında alıcılara müxtəlif çeşidlərdə ət və ət məhsulları təklif olunur: “Çeşidlərin müxtəlifliyi isə alıcıların təlabatının ödənilməsinə xidmət edir. Bununla belə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən son günlər aparılan monitorinqlər zamanı ətin qiymətində dəyişiklik qeydə alınmayıb”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: