24 saat

Ərzaq məhsulları yenə bahalaşdı: MARKETLƏRDƏ BU GÜNDƏN YENİ QİYMƏTLƏR


Market və bazarlarda qiymət artımının yeni mərhələsi başlayıb. Belə ki, ötən gecədən etibarən bir çox ərzaq məhsullarında yenidən qiymət artımı qeydə alınıb.

Əsasən istehlak məhsullarında baş verən bahalaşma 0.20-1.00 manat arasında olub. Satıclar bu həftə ərzində bütün ərzaq məhsullarının qiymətində artımın olacağını bildiriblər.

Manatın kəskin dəyər itirməsi, ölkə iqtisadiyyatının çökməsi və daxili istehsalın olmamasından qaynaqlanan bahalaşma qaçılmazdır. Nəzərə alsaq ki, qeyd olunan problemlər hələ uzun müddət öz həllini tapmayacaq və bu baxımdan da bahalaşmanın qarşısını almaq mümkünsüz görünür. Bahalaşma isə insanların haqlı etirazına səbəb olur.


Cebhe.info

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: