Now Reading:
Ərdoğanla Putin arasında telefon danışığı olub
Full Article 30 second read

Ərdoğanla Putin arasında telefon danışığı olub



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

“Hürriyet” qəzetinin verdiyi məlumata görə, tərəflər Suriya böhranının həlli məsələsini müzakirə ediblər.

Xəbərdə bildirilir ki, R.T.Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə həyata keçirdiyi “Fərat qalxanı” hərəkatı çərçivəsində əl-Bab bölgəsindəki əməliyyat zamanı türk hərbçilərinin hücuma məruz qalması barədə rusiyalı həmkarını məlumatlandırıb.

Hər iki dövlət başçısı Hələbdəki humanitar böhranın həlli üçün səylərin artırılması barədə razılığa gəlib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: