Ərdoğanın qaldığı otelə təşkil olunan basqının detalları – 7 zabit saxlanıldı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Marmarisdə qaldığı otelə silahlı basqın edən qiyamçı əsgərlərdən 7-si yaxalanıb.

24saat.org saytının TRT-yə istinadən verdiyi məlumatına görə, dünən gecə saatlarında Ərdoğanın istirahət üçün gəldiyi otelə 4 helikopterlə hücum təşkil olunub. Hadisə yerində olan TRT müxbirlərinin verdiyi məlumata görə, əvvəlgə bu 4 helikopterin prezidentin güvənliyini qoruduğu düşünülüb. lakin az sonra helikopterlərdən birindən ətrafa aşılan çarpaz atəş bu versiyanı qüvvədən düşürüb. Helikopterlər atəş aşaraq yerə enib və oteldə bir müddət Ərdoğanı axtarıblar. lakin onun müəmmalı şəkildə oteldən yoxa çıxdığını anladıqdan sonra yenidən çarpaz atəş açaraq havaya qalxıblar. Bu əsnada hadisə yerinə yaxın ola təxmini sayları 15-ə çatan yerli sakinlərdən biri ağır yaralanıb.

Məlumat üçün bildirək ki, bu saatadək saxlanılan əsgərlər arasında “Skorsky” helikopterini sürən pilot polkovnik Murat Dağlı da var. Onlar saxlanan kimi rütbələri sökülüb.

Bu əsgərləri İzmir 2-ci qırıcı təyyarə bazasına aparıblar. Bu yüksək rütbəli 7 hərbiçi əvvəlcə, sağlıq yoxlamasından keçirilib. Sonra isə Terrorla Mübarizə Şöbəsinə aparılıb.

Yaxalanan hərbiçilərdən yaralı olan dəniz kapitanı Haldun Gülmez isə polis nəzarətində Çiğli Dövlət Xəstəxanasına yerləşdirilib.

Ziya Məmmədovun müşaviri həbsin astanasında – SABİQ NAZİRİN BAŞI DƏRDDƏ

Sonrakı Yazı »

Təxirə salınan reyslərin sərnişinləri bu axşam Türkiyəyə yola düşəcəklər

%d bloqqer bunu bəyənir: