Advertisements
24 saat

Ərdoğanın kürəkəninə Azərbaycanla bağlı vəzifə verildi

Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri təyin olunub.

 
Bizimyol.info Türkiyə KİV -ə istinadən xəbər verir ki, Türkiyənin baş naziri Binəli Yıldırım bununla bağlı sərəncam imzalayıb.
Türkiyə baş nazirinin sərəncamına əsasən Albayrak, Azərbaycanla bərabər, Əlcəzair, Çin, Nigeriya, Liviya, Uqanda və Venesuela ilə də iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri təyin edilib.
Qeyd edək ki, Berat Albayrak Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Əsra Ərdoğanın həyat yoldaşıdır.Sözügedən komissiyanın Azərbaycan tərəfdən həmsədri baş nazirin müavini Abid Şərifovdur.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: