24 saat

Ərdoğanın adından xalqa xəbərdarlıq edildi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan adından xalqa xəbərdarlıq edilib.

Axar.az xəbər verir ki, vətəndaşlara edilən müraciətdə sosial mediada prezidentin adından yayılan məlumatlara qarşı diqqətli olmaları, rəsmi internet səhifəsi və ya sosial media hesablarından savayı mənbələrə etibar edilməməsi tələb edilib.

Qeyd edilir ki, FETÖ/PDY terror təşkilatı 15 iyuldan sonra rəqəmsal mühitdə də təxribatını davam etdirir.

Vətəndaşların belə bir durumla qarşılaşacaqları halda Baş Polis İdarəsi və ya Respublika Prokurorluğu ilə təmasa keçmələri tövsiyə edilir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: