Advertisements
24 saat

Ərdoğanı Rusiya Müdafiə Nazirliyi xilas edib – İRAN MƏNBƏLƏRİ


Rusiya Türkiyədəki hərbi çevriliş cəhdinə bir neçə saat qalmış bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğana xəbərdarlıq edib. Virtualaz.org bildirir ki, İranın «Fars» agentliyi belə bir iddia ilə çıxış edib.

Agentliyin xəbərinə görə, bu barədə Ankaradakı diplomatik mənbələr bir neçə ərəb kütləvi informasiya vasitələrinə məlumat veriblər.

Mənbələrə əsasən, Türkiyənin milli kəşfiyyatı hazırlanan hərbi çevriliş barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyindən alıb.

Diplomatların sözlərinə görə, regionda yerləşən Rusiya ordusu hərbçilərin danışıqlarını tuta bilib və radio məlumatlarının kodlarını açıb. Həmin məlumatlarda Türkiyə ordusunun Ankarada ölkə hakimiyyətinə qarşı çevrilişə başlamağa hazır olduğu deyilirmiş.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: