Ərdoğandan Merkelin açıqlamasına sərt reaksiya: “Almaniya terrora arxa çıxır”

Türkiyədə təşkil olunan Yaşayan İnsan Xəzinələri ilə bağlı tədbirdə çıxış edən prezident Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkelə cavab verib.

Avropa.info xəbər verir ki, Ərdoğan “Cumhuriyet” qəzetində həyata keçirilən həbslərdən sonra “narahatıq” deyən Angela Merkelə sərt reaksiya verib.

Merkelə bir çox sənəd göstərdiyini söyləyən Ərdoğan FETÖ mövzusunda bir addım atmadıqlarını söyləyərək “Almaniya terrora arxa çıxır” deyə bildirib.

Xatırladaq ki, “Cumhuriyet” qəzetində keçirilən əməliyyatdan sonra Almaniyanın Ankaradakı səfiri Martin Erdmann qəzetin Ankaradakı bürosuna gəlmişdi.

Almaniya hökumətinin sözçüsü Stefen Seibert də məsələylə bağlı açıqlama verərək “Qəzetin baş redaktoru Murad Sabunçu və həmkarlarının qanunun aliliyi çərçivəsində saxlanıldığına inanmırıq. Türkiyədəki mətbuat azadlığına qarşı təzyiqlər çox narahat edicidir” demişdi.

Jurnalistdən Rauf Arifoğluna şok ittiham

Sonrakı Yazı »

HƏMAS: “İsrailin yanına qaçmayın”

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: