Advertisements
24 saat

Ərdoğan: Türkiyədə hərbi təhsil müəssisələri bağlanacaq


Türkiyədə hərbi təhsil müəssisələri bağlanacaq.

Bunu ATV telekanalına verdiyi müsahibədə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, onların əvəzinə Türkiyədə Milli Müdafiə Universiteti yaradılacaq.

Milli Müdafiə Universitetinin nəzdində Quru Qoşunlar Akademiyası, Hərbi-Hava Akademiyası və Dəniz Akademiyası yaradılacaq.

Onun sözlərinə görə, bununla yanaşı, hərbi akademiyalar fəaliyyət göstərməyə davam edəcək.

Hazırda ölkədə 4 hərbi təhsil müəssisəsi fəaliyyət göstərir.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Sputnik.az

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: