Ərdoğan Putinlə görüşünün əsas mövzusunu açıqladı


Türkiyə prezidenti Rəcəb Rayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putin ilə görüş zamanı müzakirə olunacaq məsələlərdən danışıb.

24saat.org oxu.az-a istinadən bildirir ki, Ərdoğan Ankarada iqtisadi forumda çıxışı zamanı bildirib ki, Rusiya prezidenti ilə Sankt-Peterburq şəhərində keçirilməsi nəzərdə tutulan görüş zamanı RF bombardmançısının vurulmasından sonra iki ölkə arasındakı münasibətlərdə yaranan böhranı müzakirə etməyi planlaşdırır.

Türkiyə prezidenti əlavə edib ki, danışıqlar zamanı həmçinin iqtisadi əməkdaşlıq və regionda baş verən proseslər ətrafında fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, Rusiya və Türkiyə liderləri avqustun 9-da Sankt-Peterburq şəhərində görüşəcəklər.

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

Mədət Quliyev Gürcüstan DTX-sının rəisi ilə Memorandum imzaladı – FOTO

%d bloqqer bunu bəyənir: