24 saat

Ərdoğan Putinlə görüşəcək


Türkiyəli nazir rusiyalı həmkarı ilə Qarabağı müzakirə edib

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyip Ərdoğan və Vladimir Putin Çində keçiriləcək G-20 sammitindən əvvəl görüşəcəklər.

Bu barədə Türkiyənin Bakıda səfərdə olan xarici işlər naziri Mövlud Çavuşoğluməlumat verib.

Nazirin sözlərinə görə, ötən gün Türkiyə nümayəndə heyəti Moskvada olub və rusiyalı tərəfdaşlarla Türkiyəyə çarter reyslərinin bərpası məsələsini müzakirə edib. Yaxın vaxtlarda müxtəlif nazirliklərin rəhbərləri səviyyəsində Türkiyə və Rusiya nümayəndələrinin görüşü planlaşdırılır.

M.Çavuşoğlunun sözlərinə görə, Rusiya-Türkiyə münasibətlərinin normallaşması regional əməkdaşlıq və Qarabağ münaqişəsinin nizamlanması məsələlərinə müsbət təsir göstərəcək.

O deyib ki, iyulun əvvəlində Soçidə “dostu Sergey Lavrov ilə Qarabağ nizamlanmasını” müzakirə edib.

Türkiyə XİN rəhbəri həmçinin mövcud Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlığı formatı kimi Azərbaycan, Türkiyə və Rusiya arasında üçtərəfli əməkdaşlıq mexanizminin formalaşmasının mümkünlüyünü bildirib.

“Eyni zamanda Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli mexanizminin yaradılması üzrə iş aparılır”, nazir deyib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: